Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Paşinyan bütün dünyaya bəyan etdi ki, onun oğlu hərbi xidmətdən yayınan muzdlu və terrorçudur

Paşinyan bütün dünyaya bəyan etdi ki, onun oğlu hərbi xidmətdən yayınan muzdlu və terrorçudur

Münxen, 17 fevral, AZƏRTAC

Münxen Təhlükəsizlik Konfransında boks rinqində Prezident İlham Əliyevin bir-birini əvəzləyən sərrast zərbələri altında əzilən, küncə qısılan baş nazir Nikol Paşinyan hərdənbir əl-qol ölçməyə çalışır, lakin onun, görünür, zəif əllərə geyildiyini “hiss edən” əlcəkləri dünya auditoriyasının birgə qəhqəhəsinin sədaları altında elə hey əllərindən çıxıb yerə düşürdü. Oğlunun Qarabağda xidmət etməsi və bu addımı, - indi gəl nəzakətlə de də, - “könüllü” atması barədə bu “mikroinqilabçı”nın bəyanatı belə “əlcək uçuşlarından” biri oldu.

Burada ona üz tutub demək istəyirsən ki, axı sən dilini niyə dinc qoymursan?! Artıq sus və növbəti “nokdaunla” görüşə tələsmə. Axı bura sənin üçün Yerevandakı meydan deyil, qarşında da özün kimi bisavad dolandırıcılar yoxdur. Sən adlı-sanlı insanların toplaşdığı nüfuzlu beynəlxalq məkandasan. Hərbi xidmətdən yayınan muzdlunun və terrorçunun atası olduğunu deməyə və bunu açıq etiraf etməyə nə ehtiyac var?!

Bütün dünyaya məlumdur ki, Ermənistanda hərbi xidmət məcburidir, çağırış rayon hərbi komissarlıqları (RHK) vasitəsilə həyata keçirilir. RHK da könüllüləri cəlb edən hər hansı qeyri-hökumət təşkilatı deyil, əsl dövlət strukturudur. Əgər çağırışçı RHK tərəfindən çağırılırsa və elə oradan öz hərbi hissəsinə yollanırsa, deməli, söhbət hər hansı “xoş məram”dan gedə bilməz və dövlətin bütün bu prosesdə rolunu və birbaşa iştirakını Paşinyansayağı təkzib etmək artıq səfehlikdir. Əgər RHK çağırışçıları Qarabağa yollayırsa, deməli, bunu sizin baş naziri olduğunuz dövlət edir, dövlətin adından edir və dövlət naminə edir.

“Könüllü” sözünün morfoloji təhlilini aparmaq və onun əhəmiyyətini izah etmək də artıq mənasızdır. Əgər işğal edilmiş ərazilərdə müddətli hərbi xidmət “könüllü” olsaydı, heç bir çağırışçı bu “xoş məram”ın müddətini qısaltmaq üçün Rusiyaya qaçmazdı və heç bir valideyn rüşvət vermək üçün pul yığmazdı. Təsəvvür edirsiniz, uşaqlar Qarabağa “can atır”, valideynlər isə rüşvət verirlər ki, hərbi komissarlar onlara qulaq asmasınlar! Siz bu nağılı kimə danışırsınız?!

Bəlkə də bu nağıllar sizin “nağıl sevən qulaqlarınıza” xoş gəlir, lakin Münxen Təhlükəsizlik Konfransının iştirakçılarının bunu başa düşməsi mümkün deyil. Odur ki, cənab varçapet, bu nağılları səviyyənizə uyğun olan auditoriya üçün saxlayın.

Bununla belə, əgər razılaşsaq ki, sizin oğlunuz Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək əvəzinə, Allah bilir hara gedib, özü də dövlətin xəbəri olmadan, necə deyərlər, öz təşəbbüsü ilə gedib, onda belə çıxır ki, o, sadəcə qaçıb, Ermənistanda xidmət etmək istəməyib, ölkənin orduda məcburi hərbi xidməti nəzərdə tutan cinayət məcəlləsini pozub. Belə çıxır, sizin oğlunuz ordudan yayınıb! Axı siz özünüz bütün dünyaya elan etdiniz ki, o, “könüllü” xidmət edir və bu xidməti Ermənistan silahlı qüvvələrinin olmadığı Qarabağda keçir. Odur ki, oğlunuz evə qayıdanda, lütfən, onu Ermənistan silahlı qüvvələrində xidmətdən yayındığına görə cinayət məsuliyyətinə cəlb etməyi unutmayın.

İndi isə məsələyə əks tərəfdən baxaq. Tutaq ki, Ermənistanda hərbi xidmət heç də məcburi deyil, RHK da bir növ dövlətə aidiyyəti olmayan qeyri-hökumət təşkilatıdır. Bizim Aşotik də yetkinlik yaşına çatıb, bığ yeri əməlli-başlı tərləyib və cavan qəlbi barıt qoxusunu ciyərlərinə çəkmək istəyir. Özü də başqa yerdə deyil, məhz “ermənilərin qədim Arsaxında” və burada da Ermənistan silahlı qüvvələri “yoxdur” və “heç vaxt da olmayıb”. Özü də təkcə o deyil, valideynləri RHK-dakıların ailə büdcəsini yaxşılaşdırmaq üçün yetərincə pul yığa bilməyən minlərlə digər çağırışçı da məhz bunu istəyir. Yaxşı, tutaq ki.

İndi isə zəhmət olmasa, başqa ölkənin ərazisinə yollanan, orada əlinə silah götürən və əyninə öz dövlətinin olmayan hərbi formasını geyinən şəxsləri necə adlandırırlar, onu xatırlayaq. Siz doğru buyurdunuz, onları ... muzdlu adlandırırlar.

Hə bir də onları terrorçu adlandırırlar. Əgər onların hərəkətləri və niyyətləri silahlı və könüllü olaraq (!!!-bu vacibdir, yəni məcburi deyil, məhz könüllü) ərazisində dolaşdıqları ölkənin vətəndaşlarının təhlükəsizliyinə və Konstitusiyasına qarşı yönəlibsə, deməli, onlar terrorçudurlar!

Cənab varçapet, məgər siz muzdlularla və terrorçularla necə rəftar olunduğunu bilmirsiniz? Bəs bisavad müşavirləriniz və suflyorluq edənləriniz sizə xəbərdarlıq etməyiblər ki, 1949-cu ilin dörd Cenevrə konvensiyasının təsiri bu kateqoriyadan şəxslərə ŞAMİL OLUNMUR. Üstəlik, sizin övladınız “yolunu azmış növbəti çoban” olsa və Azərbaycanın hərbi qulluqçularının əlinə keçsə, o, tələm-tələsik özünü necə təqdim edəcəyini seçməli olacaq: o, ya deməlidir ki, Ermənistandandır və dövləti onun harada olduğunu bilmir (onda o, muzdluya çevriləcək və belə olan halda onunla istədikləri kimi rəftar edəcəklər), ya da deməlidir ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusudur və bura könüllü deyil, məcburi gəlib ( onda o, bir hərbi əsir kimi Cenevrə konvensiyaları tərəfindən müdafiə olunacağına ümid bəsləyə bilər, hərçənd bunun üçün atasını "baqaja verməli" və “işğalçı” statusunu qəbul etməli olacaq).

Nikol Vovayeviç, siz isə Aşotikinizin kim olduğunu – sizin dövlətin silahlı qüvvələrinin sıralarında hərbi xidmətdən yayınanmı, Cenevrə konvensiyalarının təsirinin şamil olunmadığı muzdlu və terrorçumu olduğunu seçməlisiniz, yaxud hər halda etiraf etməlisiniz ki, Münxen səhnəsində Qarabağda Ermənistan Respublikası ordusunun bölmələri yoxdur deməklə, azacıq yalan danışmısınız və oğlunuz da işğalçı hərbi qulluqçudur.

Lazım bildiyinizin altından xətt çəkə bilərsiniz.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Münxen

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-ci ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə