İQTİSADİYYAT


Paytaxta 300 yeni avtobusun gətirilməsi işləri noyabrda yekunlaşacaq

Bakı, 10 oktyabr, Elvin Camalov, AZƏRTAC

Bakıya 300 yeni avtobusun gətirilməsi işləri noyabrda yekunlaşacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, dövlət tərəfindən avtobus parkının yenilənməsi üzrə işlər görülür. Artıq 300 avtobusun təxminən 210-u paytaxta gətirilib. Digərlərinin də gətirilməsi istiqamətində işlər davam edir. Gətirilən avtobuslar ilin sonunadək xəttə buraxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.