İQTİSADİYYAT
Paytaxtda bəzi marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Xudu Məmmədov küçəsi ilə Vunqtau küçəsinin kəsişməsindən “Həzi Aslanov” metro stansiyası istiqamətində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu səbəbdən M1, M2, M6 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib.
- M2 nömrəli ekspres marşrut “Həzi Aslanov” metro stansiyası istiqamətində “Ukrayna dairəsi” – Vunqtau küçəsi – Sadıqcan küçəsi – Xudu Məmmədov küçəsi – Məhəmməd Hadi küçəsi daha sonra öz hərəkət sxemi üzrə;
- M1, M6 nömrəli ekspres marşrut “Həzi Aslanov” metro stansiyası istiqamətində “Ukrayna dairəsi” – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;
- 104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov” metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi – “Ukrayna dairəsi” – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.