CƏMİYYƏT


Paytaxtda küçə ticarətinə və antisanitariyaya qarşı mübarizə tədbirləri davam etdirilir

Bakı, 12 avqust, AZƏRTAC

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtın görkəminə xələl gətirən, yollarda hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirləri diqqət mərkəzində saxlayır.

İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a bildirib ki, paytaxtın Yasamal və Nizami rayonlarında küçə və prospektlərdə, metro çıxışlarının ətrafında, səkilərdə qanunsuz küçə ticarəti, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər davam etdirilib. Metro stansiyalarının giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçəboyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət polis tərəfindən aradan qaldırılıb.

“Diqqətə çatdırırıq ki, paytaxtın hər bir sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə qarşı həssas olmalı, normalara əməl etməli, paytaxtın görkəminə xələl gətirən mənfi sosial hallara qarşı mübarizədə fəallıq göstərməlidir”, - deyə E.Hacıyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.