İQTİSADİYYAT


Paytaxtın 4 küçəsində rənglənmə işləri aparılır

Bakı, 11 sentyabr, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə sentyabrın 11-də axşam saatlarınadək Nərimanov rayonunun Aşıq Molla Cümə, Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Natavan, Nəsimi rayonunun Əliyar Əliyev və Nizami rayonunun İsmayıl Məmmədov küçələrində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən sözügedən küçələrdə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.