İQTİSADİYYAT


Paytaxtın Nərimanov rayonunda Əbdüləzəl Dəmirçizadə küçəsi təmir olunub VİDEO

Bakı, 25 iyul, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində kompleks tədbirlərin icrası davam edir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Xətai prospektinə qədər olan 350 metrlik hissəsində aparılan əsaslı təmir işləri yekunlaşıb.

Məlumata əsasən, ortalama eni 12 metr olan küçədə aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 3342 kvadratmetr sahədə bərpa olunub, küçə boyu 932 poqonometr yeni səki daşları düzülüb. Küçə boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Yenidənqurma işləri zamanı zəruri yerlərdə yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Son mərhələdə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. Hazırda təmir işləri rayonun 1230 metr uzunluğa malik Əliəşrəf Əlizadə küçəsində aparılır.

Növbəti mərhələdə təmir işlərinin uzunluğu 450 metr olan Tələt Şıxəliyev, həmçinin Müzəffər Nərimanov, Məsud Əlizadə küçələrində və Fətəli Xan Xoyski prospektində aparılması nəzərdə tutulur.

Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometrdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.