İQTİSADİYYAT


Paytaxtın bəzi yollarında rənglənmə işləri aparılır

Bakı, 1 avqust, AZƏRTAC 

Avqustun 1-də avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakının Qaradağ rayonu, Salyan şosesindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə (Sahil qəsəbəsi) qədər və Zığ şosesi, Cəmşid Naxçıvanski adına Hərbi Liseydən Hövsan qəsəbəsi istiqamətində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, rənglənmə işləri axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.