İQTİSADİYYAT


Paytaxtın əsas küçələrindən birində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Bakı, 9 iyun, AZƏRTAC

Bakıda ilk dəfə təşkil olunacaq “Formula-1” Avropa Qran-prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsinə hazırlıq məqsədilə iyunun 9-da saat 24:00–dan iyunun 10-da saat 15:00-dək Cavanşir körpüsündən Üzeyir Hacıbəyov küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Bu istiqamətdən bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, həmin istiqamət üzrə nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün avtomobillərin hərəkəti Neftçilər prospekti ilə yalnız düzünə - Yusif Səfərov küçəsinə, eləcə də Afiyyəddin Cəlilov küçəsindən sağa Yusif Səfərov küçəsinə, həmçinin Yusif Səfərov küçəsindən sağa 28 May küçəsinə tənzimlənir.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi diqqətə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.