CƏMİYYƏT


Penitensiar Xidmətdə əsgərlər arasında bilik yarışları keçirilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının 2-ci atıcı bölüyündə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə həqiqi hərbi xidmət keçən hərbi qulluqçular arasında dama, şahmat və breyn-rinq intellektual bilik yarışları keçirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əsgərlər arasında mənəvi və döyüş keyfiyyətlərinin artırılması, onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil edilmiş yarışlarda Mühafizə Alayının 2,3,9 və 18 saylı atıcı bölüklərinin həqiqi hərbi xidmət keçən hərbi qulluqçuları iştirak ediblər.

Tədbirin sonunda qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıbar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.