Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Penitensiar Xidmətin Baş idarəsində ötənilki fəaliyyətin yekunlarına dair müşavirə keçirilib

Penitensiar Xidmətin Baş idarəsində ötənilki fəaliyyətin yekunlarına dair müşavirə keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumlarının rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni açaraq hesabat dövründə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran hədəflər barədə məlumat verib.

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Qələbə ilə torpaqlarımız işğaldan azad olundu və tarixi ədalət bərpa edildi. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da güclənib və qarşıya qoyulan əsas hədəflərə nail olunub. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı və sürətli bərpa işlərinə başlanılıb. Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının açılışı olub, Ağdam şəhərinin, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının təməli qoyulub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə mühüm işlər görülüb, mədəni-tarixi irsimizin təbliği, şəhid ailələrinə dəstək və qazilərimizin xaricdə müalicəsi yüksək səviyyədə təşkil olunub. Bütün bu müddətdə dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri böyük dirçəlişin və qayıdışın təminatıdır.

Sonra Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Xidmətin 2021-ci il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

Məruzəçi bildirib ki, ötən dövrdə Penitensiar Xidmət tərəfindən dövlətimizin başçısının müvafiq fərman və sərəncamları, nazirliyin kollegiya qərarları, nazirlik üzrə əmr və göstərişlər rəhbər tutularaq fəaliyyət istiqamətləri üzrə penitensiar sistemin inkişafına, kadr potensialının gücləndirilməsinə, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquqlarının etibarlı qorunmasına yönəlmiş ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunmaqla Operativ Qərargahın, nazirlik və Xidmət üzrə verilmiş əmr və sərəncamların tələbləri rəhbər tutulmaqla penitensiar müəssisələrdə davamlı olaraq dezinfeksiya işləri və profilaktiki tədbirlər davam etdirilib, yaş qrupları üzrə işçi heyətin və məhkumların COVID-19 infeksiyası əleyhinə vaksinasiyası həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin humanist siyasətinin davamı olan 2021-ci il 18 mart tarixli, 625 məhkuma şamil olunan Əfv Sərəncamı vaxtında və qüsursuz icra edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 425 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

Dövlətimizin başçısının təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edilib. Amnistiya aktı məhkumlardan 3411 nəfərinə və ya 60 faizinə tətbiq edilib. Onlardan 2704 məhkum azad edilib, 707 məhkumun cəza müddəti azaldılıb.

Bildirilib ki, 2020-ci il mayın 1-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş qanunun icrası davam etdirilib. Bu dövrdə qanunun təsiri altına düşən məhkumların müvafiq sənədləri məhkəmələrə təqdim edilib. Məhkəmələr tərəfindən 63 nəfər azad edilib, 4 nəfərin cəza çəkdiyi rejim dəyişdirilib, 730 nəfərin cəza müddəti azaldılıb, 237 nəfərin cəza müddəti dəyişdirilmədən saxlanılıb, 643 nəfərin ərizəsi təmin olunmayıb.

Cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi, sənədləşmənin aparılmasında mövcud olmuş nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilib. Virtual qaydada keçirilən 240 iclasda xüsusi komissiya tərəfindən məhkəməyə 2214 müraciətin göndərilməsi tövsiyə olunub. Məhkəməyə göndərilmiş müraciətlərdən 1907-si (86,1 faiz) təmin edilib.

Keçirilən kompleks əməliyyat-rejim tədbirləri nəticəsində həbs olunmuş şəxslər və məhkumlar tərəfindən törədilməsi ehtimal olunan 753 cinayət hadisəsinin qarşısı alınıb.

Hesabat dövründə məhkum və həbs edilmiş şəxslər, görüşə gəlmiş, sovqat gətirmiş vətəndaşların üzərindən ümumilikdə 193 min 371 qram narkotik və psixotrop maddələr, 47 mobil telefon aşkarlanaraq götürülüb və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələr səmərəli şəkildə təşkil olunub. Xidmətin Əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Abşeron, Cəlilabad və Yasamal rayonlarında 43 kiloqramdan çox müxtəlif növ narkotik vasitə aşkarlanaraq götürülüb. Həmçinin 39 epizod üzrə cibgirlik etmiş şəxs və quldurluqla məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. 2003-cü ildə paytaxtın Əmircan qəsəbəsində qətl hadisəsi törətmiş şəxs Penitensiar Xidmətin əməliyyat aparatının məlumatı əsasında müəyyən edilib və həmin cinayət hadisəsinin üstü açılıb. Cinayətkarlıqla mübarizədə ölkənin hüquq-mühafizə orqanları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim olunmuş 1 tapança və 2 tüfəng ərazi polis orqanlarına təhvil verilib.

Ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyasının şəffaf və səmərəli fəaliyyəti, vakant vəzifələrin vaxtında komplektləşdirilməsi nəticəsində Penitensiar Xidmətə 187 nəfər işə qəbul edilib və onların sayı 2020-ci illə müqayisədə 5,6 faiz artıb.

Xidmətin Vətən müharibəsinin iştirakçısı olmuş, dövlət mükafatlarına layiq görülmüş 5 mülki işçisi nazirliyin rəhbərliyi tərəfindən qəbul edilərək dəfələrlə mükafatlandırılıb. Onlardan iki nəfəri kiçik rəis heyətinə qulluğa qəbul edilib. Ümumilikdə Vətən müharibəsində iştirak etmiş 19 nəfər kiçik rəis heyətinə, 2 nəfər isə mülki vəzifələrə işə qəbul olunub.

Cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən 8 peşə məktəbi, 11 peşə filialı və qruplarında 17 ixtisas üzrə 62 qrupda 1220 məhkum peşə təhsilinə cəlb olunub. Onlardan 946 məhkum təhsillərini başa vuraraq müvafiq diplomlara yiyələnib.

Müşavirədə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək