DÜNYA


Peru məhkəməsi sabiq prezidentə ilkin olaraq yeddi gün həbs təyin edib

Peru məhkəməsi sabiq prezidentə ilkin olaraq yeddi gün həbs təyin edib

Bakı, 9 dekabr, AZƏRTAC

Peru məhkəməsi qiyamın təşkilində ittiham edilən sabiq prezident Pedro Kastilyoya ilkin olaraq yeddi gün həbs təyin edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Peru məhkəməsinin tviter səhifəsində bildirilib. Həbs dekabrın 7-dən hesablanır.

Məhkəmə prokurorluğun sabiq dövlət başçısının istintaqdan gizlənməyə cəhd edə biləcəyi barədə vəsatətini təmin edib. Daha əvvəl Meksika Prezidenti Andres Manuel Lopez Obrador Kastilyonun Limadakı səfirlikdən sığınacaq istəməyə hazırlaşdığını təsdiqləyib.

Xatırladaq ki, Peru parlamenti dekabrın 7-də Xose Pedro Kastilyo Terronesi hakimiyyətdən uzaqlaşdırıb. Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər Konqresi dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib, Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı qismində and içib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.