DÜNYA


Perunun yeni prezidenti and içib VİDEO

Perunun yeni prezidenti and içib VİDEO

Bakı, 8 dekabr, AZƏRTAC

Pedro Kastilyonun həbsindən sonra Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı kimi and içib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədbir parlamentin sosial şəbəkələrdəki səhifəsində yayımlanıb. Birinci vitse-prezident çıxışında qeyd edib ki, o, Kastilyonun konqresi buraxmaq qərarını pisləyir, çünki bu, konstitusiya quruluşuna ziddir.

Dina Boluarte Peru Konstitusiyasına uyğun olaraq üzərinə götürdüyü prezident vəzifəsini 2026-cı il iyulun 26-dək vicdanla yerinə yetirəcəyinə söz verib.

Bundan əlavə, yeni prezident bütün siyasi qüvvələri dialoqa çağırıb.

Qeyd edək ki, bundan əvvəl ölkə parlamenti daha əvvəl parlamentin buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu bildirən Pedro Kastilyonun istefasına səs verib. Daha sonra hakimiyyətdən uzaqlaşdırılan prezident saxlanılıb. Onun barəsində prokurorluğun araşdırma apardığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.