ELM VƏ TƏHSİL
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları avqustun 20-də elan olunacaq
Bakı, 12 avqust, AZƏRTAC
2022/2023-cü tədris ili üçün peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun I mərhələsinin cavabları avqustun 20-də elan olunacaq.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, elektron sənəd qəbulunda peşə təhsili almaq istəyən 22 min 16 nəfərdən 59 min 993 müraciət daxil olub.
Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsi avqustun 1-dən 12-dək davam edib. Qəbul 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb.