ELM VƏ TƏHSİL


Peşə təhsili müəssisələrinin pedaqoji heyəti üçün təlimlərə başlanılıb

Bakı, 23 oktyabr, AZƏRTAC 

BMT-nin Uşaq Fondunun (UNICEF) təşkilatçılığı ilə ümumtəhsil və peşə təhsili müəssisələrinin pedaqoji heyəti üçün təlimlərə başlanılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlim oktyabrın 24-dək davam edəcək. Təlimin məqsədi Azərbaycanda UNICEF tərəfindən gənclər üçün hazırlanan ümumi həyat bacarıqları (Basic Life Skills) kurikulumu üzrə bələdçinin təlimat kitabçasını və tələbənin/şagirdin iş kitabını sınaqdan keçirməyə hazırlaşan pilot təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirməkdir. Eyni zamanda, onları təlimçi hazırlama təlimlərinə cəlb etməkdir.

Təlimlərdə iştirak üçün 4 peşə təhsil müəssisəsinin - İctimai İaşə və Xidmət, Mədəniyyət və Sənətkarlıq, Turizm və Sosial Xidmətlər və Dəmir Yolu və Metropoliten üzrə Bakı dövlət peşə təhsil mərkəzlərinin mühəndis pedaqoji heyəti iştirak edir.

Qeyd edək ki, təlimlərə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin müvafiq əməkdaşları da qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.