ELM VƏ TƏHSİL


Peşə təhsili sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Bakı, 17 iyun, AZƏRTAC

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İnsan Resursları və Peşə Təlimi və Təhsili İşçi Qrupunun növbəti görüşü baş tutub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, peşə təhsili sahəsində əməkdaşlıq mövzusuna həsr olunan görüşdə inşaatçı ixtisasının Almaniyanın dual təlim sisteminə uyğun səriştə əsaslı praktik tədrisi məqsədilə ikitərəfli saziş imzalanıb.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mahir Namazov və “Knauf Marketing Baku” şirkətinin tədris işləri üzrə meneceri Aydın Hacıyev Azərbaycanda peşə məktəblərinin biznes tərəfdaşları ilə əməkdaşlığı haqqında məlumat veriblər.

“AHK Azərbaycan”ın peşə təhsili üzrə rəhbəri Maqnus Müller Almaniyada ikili peşə təhsili sistemi haqqında məruzə təqdim edib. Təqdimatdan sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb və görüş müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.