ELM VƏ TƏHSİL


Peşə təhsili üzrə praktiki dərslər bərpa olunub

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 15-dən etibarən peşə təhsili üzrə 9 ixtisas istisna olmaqla qalan ixtisaslarda praktiki dərslər bərpa olunub.

AZƏRTAC xəbər verir ki, bunu, Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Pandemiya dövründə peşə təhsilinin təşkili” mövzusunda keçirilən vebinarda agentliyin Təhsil standartları və tədris resursları şöbəsinin müdiri Zaur Əliyev deyib.

O bildirib ki, peşə təhsili alan tələbələr distant təhsillə əldə etdikləri nəzəri bilikləri artıq emalatxanalarda, laboratoriyalarda praktik olaraq tətbiq edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.