REGİONLAR


Polis azaraq Qubaya gələn 4 yaşlı uşağı valideynlərinə qovuşdurub

Quba, 12 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Quba rayon ərazisində azyaşlı oğlanın tək dolaşması polis əməkdaşlarının diqqətini cəlb edib. Uşağın azaraq bura gəlməsi və evlərini tapa bilməməsi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, azyaşlı Quba RPŞ-nə gətirilərək onun ailəsinin axtarışına başlanılıb. Qısa müddət ərzində uşağın 2016-cı il təvəllüdlü Qusar rayon sakini olduğu müəyyənləşdirilib. Azyaşlının valideynləri tapılaraq uşaq onlara təhvil verilib.

Valideynlər övladlarının sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə görə polisə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.