DÜNYA


Polşa, Ukrayna, Estoniya, Latviya və Litva arasında birgə bəyannamə imzalanıb

Kiyev, 3 may, AZƏRTAC

Polşa, Ukrayna, Estoniya, Latviya və Litva prezidentləri Varşavada birgə bəyannamə imzalayıblar.

AZƏRTAC Ukrayna Prezident Ofisinə istinadla xəbər verir ki, Polşa Konstitusiyasının yaradılmasının 230 illiyi mərasimində iştirak edən dövlət başçıları imzaladıqları birgə bəyannamədə ölkələrdə azadlıq, suverenlik, ərazi bütövlüyü, demokratiya, qanunun aliliyi, bərabərlik və həmrəyliyi dəstəkləməyin lazım olduğunu bildiriblər.

“Keçmişin təcrübəsini xatırladaraq, bölgədəki mövcud əməkdaşlığımızın uğurlarından qürur duyuruq, çətinlikləri anlayırıq, gələcəyə ümid bəsləyirik. Avropada köklənmiş ortaq irsimizin və ortaq evimizin uğurlarına inandığımızı bildiririk. Sivilizasiya Avropanın da bir ev kimi təməl dəyərlər və prinsiplər üzərində qurulmasını tələb edir. İnanırıq ki, hamımız üçün xalqlarımızın həmrəyliyi xüsusilə ümumi təhlükəsizliyimizə yönəlmiş müasir təhdidlər qarşısında sülhün, sabitliyin, inkişafın, çiçəklənmənin və davamlılığın təməl daşlarından biridir. Bu inamı rəhbər tutaraq dövlətlər arasında dialoqa və əməkdaşlığa davam edəcəyik”, - deyə sənəddə qeyd olunur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.