DÜNYA


Polşada ildırım vurması nəticəsində 5 nəfər ölüb

Bakı, 23 avqust, AZƏRTAC 

Polşanın ərazisindəki Tatra dağlarında şimşək çaxması və güclü fırtına nəticəsində 5 nəfərin öldüyü, 3 adamın itkin düşdüyü və daha 150 sakinin isə yaralandığı bildirilir. Ölənlərin ikisi azyaşlılardır.

AZƏRTAC Polşanın TVN-24 telekanalının saytına istinadla xəbər verir ki, ölkənin fövqəladə hallar qurumunun rəisi Yan Krziştof ölənlərin hamısının ildırım vurması nəticəsində həyatını itirdiyini bildirib. Onun sözlərinə görə, itkin düşmüş üç nəfərdən ikisi tapılıb. Yan Krziştof əlavə edib ki, axtarış-xilasetmə dəstəsi onları Gievont zirvəsinin ətrafında axtarır. Qurumun rəisi bildirib ki, ildırım vuranların arasında çoxlu sayda uşaqlar da var. Onların bədənlərində yanıq, sınıq və yaralar əmələ gəlib. Yaralıların müalicəsi Krakov və Zakopane xəstəxanalarında davam edir.

Xəbərdə bildirilir ki, fırtına Polşa ilə Slovakiya arasında yerləşən Tatra dağlarına istirahətə gələnlərin 900 metr yüksəklikdəki Gievont zirvəsinə dırmanması vaxtı baş verib. Qeyd olunur ki, dağın zirvəsində hələ də yaralı insanlar var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.