DÜNYA


Portuqaliya COVID-19 xəstəliyinin yeni hallarının sayına görə ən yüksək göstəricisi olan ölkədir

Lissabon, 19 yanvar, AZƏRTAC 

Bu gün Portuqaliya milyon əhaliyə yeni koronavirusa yoluxmanın yeni hallarının sayına görə dünyada birinci ölkədir.

AZƏRTAC xəbər verir ki, “Our World in Data”, Portuqaliyanın “Eyedata elmi-online” nəşrlərin və Oksford Universitetinin məlumatlarına görə, bəzi variasiyalarla bu son yeddi gün ərzində bir milyon əhaliyə orta hesabla minlərlə halların qeydə alındığı dünyada yeganə ölkədir.

Bir milyon əhaliyə xəstəlik hallarının ümumi sayına görə (53,9) Portuqaliya 20-ci yerdədir.

“Our World in Data” elmi-onlayn nəşrin məlumatına görə, Portuqaliya son yeddi gün ərzində bir milyon əhaliyə ölüm hallarının sayına görə (14,9) Sloveniyadan (19,2) sonra ikinci yeri tutur.

Portuqaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirus xəstəliyinə yoluxmuş şəxslərin sayı 556503 nəfər, ölənlərin sayı 9 028 nəfər təşkil edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.