Praktiki atış çalışmaları icra olunub VİDEO
AzerTAg.az

Bakı, 28 fevral, AZƏRTAC
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq qumbaraatan və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, atışdan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.
Sonra müxtəlif kateqoriyalı hərbi qulluqçular təlim sahələrində şərti düşmən hədəflərinin aşkarlanaraq məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Çalışmaların keçirilməsində başlıca məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.
Xəbərin mətnində orfoqrafik səhv var