Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Neftçala rayonunda pambıq sahəsi ilə tanış olub YENİLƏNİB VİDEO

Neftçala, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala rayonu ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev fermer Əlihüseyn Hacıyevlə söhbət etdi.

Prezident İlham Əliyev: Xoş gördük, işləriniz necə gedir? Texnikanız da var.

Fermer Əlihüseyn Hacıyev: Çox sağ olun, cənab Prezident, Siz inqilabi dönüş etmisiniz. Sovet dövründə köhnə texnikalardan əzab-əziyyət çəkirdik. Bunlar hamısı təzə texnikadır. Gözəl şərait yaradılıb. Üç yüz hektar sahənin 150 hektarının məhsulunu maşınla yığacağıq, qalan 150 hektarın məhsulunu isə əllə toplayacağıq. Yüz nəfər işçimiz var. Bizim iş yerimiz pambıqçılıq olub. Siz bizi yenidən həyata qaytardınız. Kolxoz, sovxoz ləğv olunandan sonra işsiz qalmışdıq.

Prezident İlham Əliyev: İki il bundan əvvəl nə ilə məşğul idiniz?

Əlihüseyn Hacıyev: Demək olar ki, heç nə ilə. Bir az taxıl, bir az yonca əkirdik. O da olmurdu. Çünki növbəli əkin sisteminə keçmişik. Mən ixtisasca aqronomam. Nəvəm də Lənkəran Dövlət Universitetində aqronomluq oxuyur. Gələcəyin aqronomudur. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Çox sağ olun. Çox şadam ki, işlər yaxşı gedir.

Əlihüseyn Hacıyev: Cənab Prezident, kolxoz dövründə ilin yekununda 13-cü maaş alırdıq. İndi Sizin verdiyiniz subsidiya ondan qat-qat yüksəkdir. Üç yüz hektarın hər birindən orta hesabla 20 sentner məhsul götürsək bu, 600 ton edir. Təkcə buna görə 60 min manat subsidiya ala bilərik. Bizim üçün bundan böyük nə ola bilər? Özüm də təqribən 200-300 min manat gəlir götürürəm. Bundan böyük heç nə ola bilməz. Allah Sizə cansağlığı versin. Bütün bu imkanları bizə Siz yaratmısınız. Bütün vergilərdən azadıq, su pulsuzdur, 40 faiz güzəştlə texnika almışam. Borcumuzu ödəyəndən sonra iki becərmə traktoru alacağam, qoy özümün olsun.

Prezident İlham Əliyev: Bu texnika bizdə istehsal olunur?

Əlihüseyn Hacıyev: Bəli, hamısı Gəncədə istehsal olunur. Cənab Prezident, gübrələrin hamısını güzəştlə alırıq, MMC ilə bağladığımız müqaviləyə əsasən bizə 70 faiz güzəştlə verilib.

Prezident İlham Əliyev: Bu, dünya standartlarına uyğun ən müasir, ən güclü texnikadır.

Əlihüseyn Hacıyev: Bəli. Cənab Prezident, səkkiz gündür sahəni dərmanlamışıq. Qonşu sahədə məhsul yığırdı. Mən gedib onun yığımına baxdım, heyran qaldım. Maşınla birinci yığımda hektardan itkisiz 20-22 sentner məhsul əldə edilir. Bu, yüksək nailiyyətdir. Allah qoysa, hektardan ən azı 40 sentner pambıq verəcəyəm.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu, rekord olacaq.

Əlihüseyn Hacıyev: İnşallah, növbəti ildə min hektarda pambıq əkəcəyəm. Ulu Öndər 1981-ci ildə Neftçala rayonunda kənd zəhmətkeşləri ilə görüşdə, - onda mən gənc idim, gənclər briqadasına başçılıq edirdim, - mənim adımı çəkmişdi. Allahdan bir arzum var ki, yüksək məhsul götürüm, Siz başqa rayonlarda məni nümunə göstərəsiniz.

Prezident İlham Əliyev: Yüksək məhsul götürsən mən səni təltif edəcəyəm.

Əlihüseyn Hacıyev: Çox sağ olun, minnətdaram, cənab Prezident.

Prezident İlham Əliyev: İndi su məsələləri də həll olunur.

Əlihüseyn Hacıyev: Suyu 90 faiz güzəştlə alırıq. Hər hektara 50 qəpik pul veririk. Bu da o deməkdir ki, su pulsuzdur. Allah Sizi qorusun. Allah Sizi bizim başımızın üstündən əksik eləməsin, ailənizlə bir yerdə. Biz çox sabit, təhlükəsiz bir dövlətdə yaşayırıq.

Prezident İlham Əliyev: Pambıq yetişib. Keyfiyyəti də yaxşıdır.

Əlihüseyn Hacıyev: Cənab Prezident, biz o vaxt çiyidi 2-3 gün isladırdıq. Bu, Türkiyədən gətirilən çiyiddir. Əkilməyi ilə cücərməyi bir olur. Bu texnikaların bir əhəmiyyəti də odur ki, cənab Prezident, biz bir hektar da seyrəltmə etməmişik. Bu, bizim işimizi həddindən artıq yüngülləşdirir.

X X X

Sonra dövlətimizin başçısı pambıqçılarla görüşdü.

Prezident İlham Əliyev: Sizi də təbrik edirəm. Sizin üçün də yaxşı iş yeri yaradılıb. Biz pambıqçılığı bərpa etmişik. İndi pambıqçılıq geniş vüsət alıb. Hər şey dövlət tərəfindən təmin olunur, texnikalar, gübrələr, suvarma işləri, hər şey, hamısı da güzəştlədir.

Əlihüseyn Hacıyev: Hamısı güzəştlədir, cənab Prezident, hər gün axşamçağı yığdıqları məhsulun pulunu ödəyirəm.

Prezident İlham Əliyev: Hər gün tarla başında pulunuzu alıb gedirsiniz.

Əlihüseyn Hacıyev: Bəli, hər gün alırlar.

Prezident İlham Əliyev: Razısınız?

Pambıqçılar: Bəli, çox razıyıq.

Prezident İlham Əliyev: Çox yaxşı.

Pambıqçılar: Çox sağ olun, cənab Prezident, biz Sizə minnətdarıq.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Neftçala rayonunda pambıq sahəsi ilə tanış olub YENİLƏNİB VİDEO

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib