Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib YENİLƏNİB VİDEO

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

-Cənab Prezident, Azərbaycan üçün və bütün dünya üçün bu qədər çətin bir vaxtda Sizə suallar verməyə yaratdığınız imkana görə Sizə ürəkdən təşəkkür edirəm. Beləliklə, icazənizlə, birinci sualı verim. Siz sentyabrın 27-dən başlanmış hərbi əməliyyatların nəticələrini necə qiymətləndirirsiniz? Sizin hesablamalara görə tərəflərin itkiləri nə qədərdir və əsirlər çoxdurmu?

-Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Hazırda o, ifadə verir. Sentyabrın sonunda bizim yaşayış məntəqələrimiz yenidən artilleriya atəşlərinə məruz qaldı. Elə ilk saatlarda bizdə həm dinc əhali, həm də hərbi qulluqçular arasında tələfat oldu. Bu günə qədər bizdə dinc əhali arasında 43 nəfər həlak olan və 200-dən çox yaralı var, təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb.

Döyüş meydanında itkilərə gəldikdə isə bizdə olan məlumata görə erməni tərəfin itkiləri bizim itkilərdən xeyli çoxdur. Biz hərbi qulluqçular arasında itkilərimizi münaqişənin qaynar fazası başa çatandan sonra elan edəcəyik. Döyüş əməliyyatlarının nəticələrinə gəldikdə, onlar Azərbaycan Ordusu üçün çox uğurludur. Biz düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olduq. Bəzi sahələrdə hətta 4 müdafiə xətti vardı. Lakin ərazinin relyefi, dağ relyefi, əlbəttə, müdafiə olunmaq üçün əks-hücumla müqayisədə daha münasibdir. Bu günə qədər onlarca yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. Biz işğalçıları Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarmışıq və ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatı davam etdiririk.

-Cənab Prezident, Suriyadan və ya Liviyadan olan muzdluların Azərbaycan Ordusu tərəfində iştirak etməsi barədə müxtəlif mənbələrdən xəbərlər eşidirik. Buna nə dərəcədə inanmaq olar?

-Bu mövzuda dəfələrlə danışmışam. Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Bizim orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur. Biz təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv etmişik. Buraya bizim malik olduğumuz başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olub. Əlbəttə, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Biz buna heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur.

-Cənab Prezident, 10 oktyabr tarixli Moskva razılaşmalarında nizamlamanın baza prinsiplərinin adları çəkilir. Zəhmət olmasa, bu prinsipləri açıqlayın, Siz onları necə başa düşürsünüz?

-Bu prinsiplər uzun illər ərzində, deyərdim ki, 10 ildən artıq müddətdə işlənib hazırlanıb. Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində biz mövqelərimizin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdik. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Lakin təəssüf ki, Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “hakimiyyət orqanları”nı danışıqlara cəlb etməyə cəhd göstərildi. Bu cəhd həm bizim tərəfimizdən, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi.

Baza prinsiplərinə gəldikdə, orada hər şey dəqiq yazılıb. Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər - Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır. Bu, azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını və Dağlıq Qarabağın tərəflər arasında razılaşdırılmalı olan qəti statusunun müəyyən edilməsinə dair danışıqları nəzərdə tutur. Qısa desək, Azərbaycanın həmişə hörmətlə yanaşdığı baza prinsipləri bunlardır və onları biz hazırlamışıq. Lakin Ermənistanın yeni hakimiyyət orqanları dəfələrlə bəyan ediblər ki, bu prinsiplər onlar üçün qəbuledilməzdir, onlar bircə qarış belə torpağı qaytarmayacaqlar. Bunu Ermənistanın baş naziri deyirdi. Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Bizim ünvanımıza daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu. Düşünürəm ki, erməni tərəf vəziyyəti, yaranmış yeni vəziyyəti ayıq şəkildə qiymətləndirməli və atəşkəs rejiminə sadiq olmalıdır. Halbuki, o, bir neçə saatdan sonra gecənin bir aləmində dinc Gəncə şəhərini bombalayaraq atəşkəsi vəhşicəsinə pozub.

-Cənab Prezident, kompromislər barədə danışmalı olsaq, hər halda, Siz hansı kompromislərə hazır olardınız? Elə bir hədd varmı ki, Siz heç bir halda həmin həddən artıq geri çəkilməzsiniz?

-Bizim mövqeyimiz həmişə çox konstruktiv, ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Bizim mövqeyimiz həmişə praqmatik yanaşmaya əsaslanıb. Düşünürəm ki, danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir. “Qırmızı xətlərə” gəldikdə isə biz bunu çox dəqiq bəyan etmişik və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək. Lakin, eyni zamanda, bizim təklifimiz buna əsaslanırdı ki, gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı yaşamalıdır. Yeri gəlmişkən, Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən çoxminlik erməni icmasının mövcud olduğu Bakıda, Rusiyada, Gürcüstanda, digər ölkələrdə ermənilərlə azərbaycanlılar bəzən bir kənddə yaşayır və işləyir, onların arasında heç bir ziddiyyət yaranmır. Buna bizdə nə üçün nail olmaq mümkün deyil? Biz bu əzmdəyik. Lakin əlbəttə, etnik təmizləmələrin nəticələri aradan qaldırılmalıdır və bizim bütün məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Prinsip etibarilə mən sizə mümkün kompromislərə bizim yanaşmamızı baza prinsiplərindən bir qədər geniş açıqladım.

-Cənab Prezident, bu müharibə öz qəddarlığına görə artıq tarixə düşüb və Siz artıq bu müharibənin tarixinin bir hissəsisiniz. Siz tarixdə necə qalmaq istərdiniz?

-Bilirsiniz, hər bir müharibə qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir. Fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün erməni tərəfin belə adlandırdığı birləşmədəki hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə - Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir. Sual olunur: onlar orada nə edirlər? Bu gün Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz- istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından. Başa düşürsünüzmü, 30 il ərzində azərbaycanlıların öz əzəli torpaqlarına buraxılmaması siyasətini yürütmək mümkün deyil. Axı, erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamayıb. Başqa bir məsələ də var ki, orada hər şey dağıdılıb, oraya qayıtmaq üçün çox böyük qüvvə və vaxt sərf etmək lazımdır. Ermənilərin bu siyasətinə heç cür haqq qazandırmaq olmaz. Ona görə ki, bizim hərbi qulluqçular Azərbaycan torpağında döyüşür və həlak olur. Erməni hərbi qulluqçular isə onların hökumətinin işğal altında saxlamaq istədiyi torpaqda həlak olurlar.

Tarixdə rol məsələsinə gəldikdə isə, bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.

-Cənab Prezident, sağ olun. Mən nəzərdə tutduğum sualların hamısını verdim. Bəlkə Siz daha nə isə əlavə etmək istərdiniz?

-Mən bu fürsətdən istifadə etmək istərdim. Yeri gəlmişkən, öz sözlərimi çoxmilyonluq Rusiya auditoriyasına çatdırmaq üçün bu imkana görə təşəkkürümü bildirirəm. Sadəcə istərdim ki, Azərbaycanın mövqeyini anlayanlar çox olsun. Ona görə ki, bəzən bu münaqişə, onun tarixi, bugünkü vəziyyəti ilə bağlı müxtəlif fikirlər olur. Sadəcə faktlara istinad etməklə, əslində, nələr baş vermiş olduğunu və indi nələr baş verdiyini tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil, - onun statusu məhz belə olub, - Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. Bu, həmin torpağın tarixən kimə məxsus olması barədə.

Rusiya imperiyası dağılandan sonra, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti bütün bu ərazilər çərçivəsində yaradılmışdı. Üstəlik, Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi. Bu regionun tarixi belədir. SSRİ-nin dağılması mərhələsində nələr baş verdiyi isə, düşünürəm ki, hamıya məlumdur. Əslində, SSRİ-nin dağılması da Dağlıq Qarabağda separatizmdən başlandı. Bu, bir növ tətik oldu. Axı, çoxları həmin mitinqləri, onları kimin təşkil etməsini, bu hadisələrin arxasında kimlərin dayandığını unudur. Mən tez-tez deyirəm ki, Paşinyan Sorosun məhsuludur. Düşünürəm ki, hamı mənimlə razılaşar. Lakin Soros artıq şəxsiyyət deyil. Bu, anlayışdır və mən bunu əsla istisna etmirəm ki, o vaxt böyük ölkəni dağıtmaq üçün bu cür vasitələr işə salınmışdı. Onu daxildən partlatmaq, nifaq toxumu səpmək, xalqları bir-birinə qarşı qızışdırmaq və dövlətləri parçalamaq - yeri gəlmişkən, belə də oldu. Buna görə də, sadəcə, bu tarixi faktları Rusiya ictimaiyyətinin diqqətinə çatdırmaq və demək istərdim ki, Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdır. Əminəm ki, heç bir qüvvə buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdlərini görürük. Lakin həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində biz nəinki geriləmirik, biz irəliyə gedirik. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırır. Bizim ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsi hər hansı qonşular üçün nümunə ola bilər. Əminəm ki, münaqişənin hərbi fazası başa çatandan və siyasi nizamlamaya keçəndən sonra, - əgər Ermənistan tərəfi itirdiklərini və ona mənsub olmayanı güclə qaytarmaq cəhdlərindən əl çəkərsə, biz bunu etməyə günü sabah hazırıq, - inanıram ki, Rusiya bizim regionda sabitləşmə işində aparıcı rol oynamaqda davam edəcək. Buna görə sizin kanalınız vasitəsilə bütün rusiyalıları səmimi salamlamaq, onlara ən xoş arzularımı çatdırmaq istərdim. Keçən il bir milyon rusiyalı Azərbaycana səfər edib. Ümidvaram ki, pandemiyadan sonra bu dinamika bərpa olunacaq. Rusiyalı qonaqlarımıza həmişə şadıq. Onlar da bilirlər ki, Azərbaycana gələndə özlərini evlərində olduğu kimi hiss edirlər.

-Cənab Prezident, bu səmimi müsahibəyə görə çox sağ olun.

- Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib YENİLƏNİB VİDEO

Bundesliqa: “Bavariya” Münxendə “Hoffenhaym”ı darmadağın edib

Fransa Kuboku: "Lion" V liqa komandasına məğlub olaraq mübarizəni dayandırıb

İspaniya Kral Kubokunda iki komanda növbəti mərhələyə yüksəlib

Zelenskinin Trampla görüşü ilə bağlı hazırlıq işləri görülür

Bayden: “HƏMAS-İsrail razılaşması qətiyyətli və zəhmətkeş Amerika diplomatiyasının nəticəsidir”

Juninyo: "Flamenqo"nu ən yaxşı şəkildə təmsil etməyə çalışacağam

Rusiya İstintaq Komitəsi “AZAL”ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertiza təyin edib

Juninyo: "Qarabağ"dan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram

İsraillə HƏMAS arasında sülh razılaşması əldə olunub

XİN: Ermənistanın tarixi saxtalaşdıran təbliğatı sülhə xidmət etmir

"Qarabağ" Juninyonun "Flamenqo"ya keçdiyini açıqlayıb - RƏSMİ

Hakan Fidan: Türkiyənin Hələbdəki Baş konsulluğu yanvarın 20-də fəaliyyətə başlayacaq

Hitrou hava limanının rəhbərliyi: “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması bizi dərindən sarsıtdı

Türkiyə Prezidenti Suriyanın yeni xarici işlər nazirini qəbul edib

Nazir: Noyabrda Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək

Kobaxidze: Tbilisidə baş verənlər radikal müxalifətin zəif səyləridir

Sistem nasazlığı səbəbindən Gürcüstanda bəzi elektron xidmətlər dayandırılıb

İsveçdə məktəb işçisi hücuma məruz qalıb

“Paris-2024”də qazanılan 100-dən çox medal keyfiyyətsiz olduğu üçün geri qaytarılıb

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Qarsda birgə qış təlimində iştirak edəcəklər VİDEO

Əməkdar rəssamın Ədəbiyyat Muzeyinin fonduna daxil edilən əsərlərinin təqdimatı keçirilib

Fransada bir sıra partiyalar yeni hökumətə qarşı etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır

® “Azercell”in dəstəklədiyi “FarmHer” layihəsi qadınların aqrobiznes sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verir

® “Unibank” 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə yenidən başlanılıb

Britaniyada iqlim dəyişikliyinə görə bəzi tərəvəzlərin qıtlığı gözlənilir

® “Kapital Bank” 2024-cü il üzrə maliyyə nəticələrini elan edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ADNSU-ya akkreditasiya şəhadətnaməsi təqdim edib

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

TDT-nin Baş katibi: “Fergani Uzay”ın ilk peykinin kosmosa göndərilməsi Türk dünyası üçün böyük bir fəxr qaynağıdır

Özünüməşğulluq proqramının zərflər siyahısına yeni istiqamətlər əlavə edilib

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alınıb

Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 avqust tarixli 176 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri haqqında” 12 №-li (İQİ-xidmət) aylıq rəsmi statistika müşahidə forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 6 yanvar tarixli 4/04 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub VİDEO

Fövqəladə hallar naziri Xızıda vətəndaş qəbulu keçirəcək

“Qeyri-qida mallarının qiymətləri haqqında” 12 №-li (İQİ-qeyri-qida) aylıq rəsmi statistika müşahidə forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 6 yanvar tarixli 3/04 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Qida məhsullarının qiymətləri haqqında” 12 №-li (İQİ-qida) aylıq rəsmi statistika müşahidə forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 6 yanvar tarixli 2/04 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Kolumbiya mediası: Azərbaycanın həmrəyliyi və dostluğu sərhəd tanımır

Ötən il Gürcüstana səfər edən turistlərin sayı 5,1 milyonu ötüb

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq müzakirə edilib

Azərbaycanın AQEM-də sədrliyinin prioritet istiqamətləri müzakirə edilib

DGK sədri Qusarda vətəndaşların müraciətlərini dinləyəcək

ADA Universitetinin tələbələri üçün “İdeya İnkubasiyası Proqramı”nın ikinci mərhələsi başlanır

Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək

“Səma xanımı” filmi təqdim olunub

Naxçıvanda istehlakçılara 2,3 milyon manat ƏDV məbləği geri qaytarılıb

® “AccessBank” 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb

Ədliyyə nazirinin Astarada keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Fransa Alplarında iki britaniyalı xizəkçinin toqquşması nəticəsində bir nəfər ölüb

Yaradıcı Mərkəzdə “AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub

Hər gün yaşıl çay içməklə demensiyada beyin zədələnməsi riskini azaltmaq olar

AŞPA-nın Monitorinq Komitəsinin üzvləri Gürcüstan parlamentinin sədri ilə görüşüblər

Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb

DİM sədri: Azərbaycan dili üzrə sertifikasiya imtahanı onlayn və oflayn keçiriləcək

Ağdaşın bir hissəsinə qazın verilişində məhdudiyyət olacaq

Dünya Kubokunun qalibi olmuş samboçunun ölüm səbəbi məlum olub

Qazi: Torpaqlarımız azad edilərkən keçirdiyim sevinc və qürur hissini bu gün yenidən yaşadım

Ötən il 33 rayonda aqrar biznes festivalı keçirilib

Qazax Dövlət Dram Teatrında iki yeni tamaşanın premyerası olacaq

Bakı Şəhər Prokurorluğu 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirib

Mütəxəssis: Mövsümi virusların müalicəsində antibiotiklərin istifadəsi yanlış yanaşmadır

“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib

Gürcüstan Baş Prokurorluğu parlament seçkiləri ilə əlaqədar istintaqın ilkin nəticələrini açıqlayıb

Milli Aviasiya Akademiyası “IELTS imtahanına təşviq” layihəsinə qoşulub

Zəlimxan Yaqub haqqında yeni kitab nəşr olunub

Yeliseyin baş katibi Maliyyə Komitəsi tərəfindən dinləniləcək

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc ediləcək

Misirin nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb

Gəncədə Cavad xanın xatirəsi anılıb

Böyükşor-Pirşağı avtomobil yolunda yeni yerüstü piyada keçidləri inşa edilir

Xocalıya köçən şəhid anası: Doğma torpaqlara qayıtmağı hər birimiz arzulamışıq

Almaniya iqtisadiyyatında ardıcıl ikinci il geriləmə qeydə alınıb

Azərbaycan Basketbol Liqasında təxirə salınmış oyun keçirilib

“Ziraat Bank”ın Naxçıvan filialı fəaliyyətə başlayıb

Keçmiş məcburi köçkün: Doğma torpaqlara böyük qürur və sevinclə qayıdırıq

Dünya Etnoidman Konfederasiyasının sədri Nəcməddin Bilal Ərdoğandan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən

Sabah Şamaxının çökmə baş verən yolunda təmir işlərinə başlanılacaq

Dünyada gedən gərgin proseslər fonunda Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub ŞƏRH

İstanbulda 19 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin NİZAMNAMƏSİ

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Paytaxtın daha bir marşrutunun avtobusları yenilənir

“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan və Rusiya Hesablama Palataları əməkdaşlığı gücləndirir

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan-Braziliya kənd təsərrüfatı əməkdaşlığı rəsmi olaraq təsdiqləndi FƏRMAN

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Çelsi” icarədə olan futbolçusunu vaxtından əvvəl geri qaytaracaq

“Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr edilmiş beynəlxalq konfransın materialları çap olunub

“Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş olub

Türk dünyasının dil birliyinə dəyərli töhfə

DİM qiymətləndirmə prosesində yeniliklər tətbiq etməyə hazırlaşır

DİM beynəlxalq tədqiqat mərkəzinin uyğunluq sertifikatı ilə təltif olunub

Yığmanın baş məşqçisi: Əsas hədəfimiz beynəlxalq turnirlərdə uğurlu çıxış etməkdir