SİYASƏT
Prezident İlham Əliyevin xalqa son müraciəti Gürcüstan mətbuatında geniş işıqlandırılır
Tbilisi, 1 dekabr, AZƏRTAC
Gürcüstanın aparıcı report.ge, interpress.ge, dalgatv.ge, 24news.ge, aktual.ge, gaxa.ge informasiya portallarında, televiziyalarında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətini geniş işıqlandırılır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin çıxışından sitatlarla verilən xəbərlərdə oxuculara Ali Baş Komandanın Azərbaycanın müasir dövlətçilik tarixi, regionda həyata keçirilən layihələr, Qarabağ müharibəsində qazanılan uğurlar, diplomatiya sahəsindəki qələbələr, eləcə də işğalçı Ermənistanla bağlı fikirləri çatdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi