MƏDƏNİYYƏT
Prezident təqaüdçülərinin yay kursları
Bakı, 12 sentyabr (AZƏRTAC). Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının 11-ci sinif şagirdi Murad Abasov və məktəbin məzunu Vüsalə Babayeva Almaniyanın Messkirx şəhərində keçirilən professor Tomislav Baynovun ustad dərslərinin iştirakçısı olub.
Musiqişünas Vəfa Həmidova AZƏRTAC-a bildirib ki, məktəbin digər şagirdi Firuzə Bəylərova isə İtaliyanın Neapol şəhərində məşhur pianoçu, professor Antonio Pompa-Baldidən dərs alıb.
Hər üç istedadlı gənc ifaçı respublika və beynəlxalq müsabiqələr laureatıdır. Prezident təqaüdçüsü olan bu ifaçıların adları “Qızıl kitab”a daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]