Prezidentin Mətbuat Xidmətinin məlumatı
AzerTAg.az
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir.
Dövlətimizin başçısı Abdullah Gülü ad günü və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, qardaş Türkiyə xalqına firavanlıq arzulamışdır.
Abdullah Gül göstərilən diqqətə və təbriklərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da daim möhkəmlənəcəyinə əminliklərini ifadə etmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var