Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə görüş keçirib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib. Bildirilib ki, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın daim sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərin müxtəlif istiqamətlərdə irəli sürdükləri təşəbbüsləri dəstəklədiyini, ictimai aktuallıq kəsb edən layihələrə maliyyə ayırdığını, bilik və bacarıqların artırılmasına yardım etdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Şuranın dəstəyilə həyata keçirilən bu layihələrdən on minlərlə ölkə vətəndaşı faydalanıb. Azay Quliyev Şuranın 2020-ci il qrant müsabiqələri çərçivəsində 214 QHT-nin layihəsinin COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunduğunu, bunlardan 197-də sosial dəstəyə ehtiyacı olan ailələrə müxtəlif növ birdəfəlik yardımlar göstərildiyini deyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu gün sayca 6-cı və ən çoxsaylı QHT qruplarından biri ilə görüş keçirir. Bu qrupdakı QHT-lərin fəaliyyət sahəsi çox geniş olmaqla yanaşı, həm də cəmiyyət həyatında əhəmiyyətli rola malikdir. Ölkəmizdə sosial, iqtisadi, humanitar və demokratiya sahəsində görülən işlər sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin çağırışına uyğun olaraq QHT-lərin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində daha yaxından və effektiv formada iştirak etməsinin vacibliyini vurğulayıb. Prezidentin köməkçisi bununla bağlı yeni və daha çevik mexanizmlərin yaradılmasının zəruri olduğunu deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib. Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilmiş, yoxsulluğun səviyyəsi kəskin aşağı enmiş, dövlət büdcəsinin gəlirləri artmışdır. Hər bir Azərbaycan vətəndaşının firavan həyat tərzinin formalaşması, onun normal yaşayışının təmin olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı şəkildə həyata keçirilən güclü sosial siyasətin başlıca məqsədlərindəndir. Xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, qaçqın və məcburi köçkünlərin problemləri daim ölkə rəhbərinin və Birinci vitse-prezidentin diqqət mərkəzindədir.

Prezidentin köməkçisi bildirib ki, hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə dövlətin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Prezidentin köməkçisi deyib ki, bu gün digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı və sürətli islahatlar keçirilir.

Hikmət Hacıyev təhsil və mədəniyyət sahəsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, yeni müstəqillik tariximizdə Azərbaycanın demokratiya yolunda qət etdiyi məsafəni dünyanın inkişaf etmiş əksər ölkələri daha uzun müddətə keçib. Bu gün ölkəmizdə söz və fikir azadlığının, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılması, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilməsi Azərbaycanda demokratik mühitin vacib göstəriciləri sırasında yer alır.

Prezidentin köməkçisi qeyd edib ki, bugünkü görüş QHT-lərin fikirlərini və təkliflərini onunla bölüşmək üçün gözəl imkandır. Hikmət Hacıyev dövlətin QHT-lərdən ictimai problemləri öyrənmək və aidiyyəti qurumlara əsaslandırılmış təkliflər vermək, ixtisaslaşdıqları sahələrdə dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, dövlət orqanları ilə QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı təşəbbüslərlə çıxış etmək, cəmiyyətdə baş verən hadisələrə operativ reaksiya vermək, ictimai və milli maraqlar ətrafında səfərbər olmaq, innovativ ideyalar və yaradıcı təşəbbüslər irəli sürmək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətini təkmilləşdirmək və şəffaflığı, yeni ideyaları, təşəbbüskarlığı və operativliyi təmin etmək kimi gözləntilərinin olduğunu bildirib.

Görüşdə "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, Sosial Rifah Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin nümayəndəsi Azər Allahverənov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Samir Əliyev, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım”" İctimai Birliyinin sədri Zenfira Mustafayeva, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin sədri Qalib Nəbiyev, “Dünya Gənc Türk Yazarlar” İctimai Birliyi Məsləhət Şurasının başçısı Əkbər Qoşalı, “Tərtər rayonunun sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva, “Vəfa” sosial problemlərin həllinə dəstək İctimai Birliyinin sədri Fatma Hacıyeva, “Tərəqqi” sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Rövşən Bağırov, “Təmas” regional inkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova, “Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, “Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” İctimai Birliyinin sədri Fuad Bədəlov, “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” İctimai Birliyinin sədri Əli Mirzəyev, “Mingəçevir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlimi” İctimai Birliyinin sədri Füzuli Əsədov, Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımova, “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Allahverdiyeva, “Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək” İctimai Birliyinin sədri Təranə Əhməd, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə, “Ailə Dünyası” ailələrə hüquqi yardım İctimai Birliyinin sədri Gülayə Səfərova, Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova, “Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək” İctimai Birliyinin sədri Aynur Zülfüqarova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyasi İctimai Birliyinin sədri Rəşad Hüseynov, “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Fərhad Abdulov, “Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım” İctimai Birliyinin sədri Zaur Seyidzadə, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsayeva, “Dünya” Ana və Uşaqlar İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva, İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlov, Beynəlxalq Diaspora Mərkəzi İctimai Birliyinin sədri İsmayıl Ağayev, “Gəncə Avro-Atlantik Məlumat Mərkəzi” İctimai Birliyinin sədri Mehman Xəlilov, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad, "Peşəyönümlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin sədri İradə Əlili, “Dostluq” gənclərin əlaqələndirmə mərkəzi İctimai Birliyinin sədri Yusif Ağayev, “Xan Şuşinski” Fondunun prezidenti Bəyimxanım Verdiyeva, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanov, "Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə" İctimai Birliyinin sədri Elnarə Məhərrəmova, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri Dilarə Muxtarova Nağıyeva, "Avrasiya” Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin sədri Solmaz Əliyeva, Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin sədri Fərman Nəbiyev, “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” İctimai Birliyinin sədri Günay Şahbazova, “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin sədri Nihad Allahyarlı, “Mədəniyyətin və Milli Ənənələrin Təbliği" İctimai Birliyinin sədri Büllur Məmmədova, “Bakı Gənclər Klubu” İctimai Birliyinin sədri Azər Cavadov, Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Abdulla, “Türkiyə Universitetləri Məzunlar” İctimai Birliyinin sədri Çingiz Bayramov, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, “Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyinin sədri Camal Məmmədov, “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyinin sədri Afiq Məlikov, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev, Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seidova, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyinin sədr müavini Kənan Eyvazov, Qadınlar Arasında Həmrəylik İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova, "Azadlıq Hərakatçıları" İctimai Birliyinin sədri Təhmasib Novruzov, "Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Gəray Əlibəyov, "İctimai İştirakçılığın Dəstəklənməsi " İctimai Birliyindən Şaban Nəsirov, "Qərb-resurs" vətəndaş cəmiyyətinin inkişafına dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov, Müasir Azərbaycan Qadını İctimai Birliyinin sədri Kəmalə Muradlı, "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, "Uşaq və tələbə gənclər dünyası" İctimai Birliyinin sədr müavini Bəxtimşah Tağıyeva, Miqrasiya Proseslərinin Tədqiqi İctimai Birliyinin sədri Fəridə Vəliyeva, "Aşıq Şəmşir" mədəniyyət ocağı İctimai Birliyinin sədri Həbib Misirov, “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Əlövsət Allahverdiyev, “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev, "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, Azərbaycan Tarixçiləri İctimai Birliyinin sədri Mehri Xanbabayeva, "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyinin sədri Zaur Quliyev, Himayədar Humanitar Tərəqqi İctimai Birliyinin sədri Himayət Rizvanqızı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin sədri Rəbiyət Heydərli, "Elin Səsi" milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin sədri Elvin Talışınski, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov, Maarifçi Qadınlar İctimai Birliyinin sədri Şərqiyyə Məmmədova, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin icraçı direktoru İlyas Səfərov, Gəncə Aqrobiznes Assosiasiyasının sədri Vüqar Babayev, Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı, Avrasiya Əməkdaşlıq Fondunun prezidenti Nailə Həşimova, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı, Media Hüquqları İnstitutunun sədri Xalid Ağalı, Yayımların Monitorinq Mərkəzi İctimai Birliyinin sədri Nəsimi Məmmədli, “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Habil Niftalı, Qafqaz Media Tədqiqatları Mərkəzinin təsisçisi Əziz Orucov, "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyinin Aydın Əbilov, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə, "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Rasim Məmmədov və Sosial Dövlət Naminə İctimai Birliyinin sədri Faiq Əhmədov iştirak ediblər.

Görüşdə çıxış edən QHT rəhbərləri hökumətin QHT-lərlə geniş formatda və davamlı olaraq keçirdiyi yeni dialoqun vacib və faydalı olduğunu vurğulayıblar. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahədə onları narahat edən məsələlər barədə danışaraq fikir və təkliflərini səsləndiriblər.

Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü müzakirələrin faydalı olduğunu, QHT-lərin irəli sürdüyü rəy və təkliflərin araşdırılacağını və əsaslandırılmış məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb