SİYASƏT
Professor Adil Allahverdiyev: Prezidentin əfv Sərəncamı xaricdə yaşayan soydaşlarımız tərəfindən də rəğbətlə qarşılanıb
Ankara, 16 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən də böyük rəğbət və ehtiramla qarşılanıb.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Türkiyədə fəaliyyət göstərən soydaşımız professor Adil Allahverdiyev deyib.
Dövlətimizin başçısının Novruz bayramı ərəfəsində belə bir humanist addım atmasını Azərbaycanda vətəndaş cəmiyyətinin ən dəyərli nümunəsi kimi qiymətləndirən professor deyib: “Azərbaycan hüquqi dövlətdir. Cinayət, qanun pozuntusu varsa, cəza da olmalıdır. Bağışlamaq isə ədalətin ən ali zirvəsidir. Novruz günlərində əfv olunanların ailələrinə, onların bütün doğmalarına bəxş olunan sevinc bütövlükdə cəmiyyətimizə əsl bayram hədiyyəsidir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara