Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Professor Fuad İsmayılov: Şanlı qələbə qazanmış hər bir hərbçi mütləq sağalmalı və rahat həyatına geri dönməlidir

Professor Fuad İsmayılov: Şanlı qələbə qazanmış hər bir hərbçi mütləq sağalmalı və rahat həyatına geri dönməlidir

Bakı, 4 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov Vətən müharibəsi qazilərinə göstərilən psixoloji yardım barədə müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

- Nazirlər Kabinetinin hərbçilərə və şəhid ailələrinə psixoloji yardımla bağlı Qərarına uyğun olaraq hansı işlər həyata keçirilir? Müraciətlər əsasən hansı şikayətlərlə bağlı olur və hansı müalicə üsullarından istifadə edilir?

- İlk növbədə, Nazirlər Kabinetinin qəbul etdiyi qərarın vacibliyini qeyd etmək istəyirəm. Bildiyimiz kimi, təqribən bir il öncə Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanunu, həmçinin onun tətbiqini reqlament edən bir sıra dövlət əhəmiyyətli sənədlər qəbul edilib. Qanunda və bu sənədlərdə hərbi xidmətçi və onların ailə üzvləri də daxil olmaqla müəyyən qrup əhalinin psixoloji yardım ilə təmin edilməsinin vacibliyi ayrıca vurğulanıb. Bu yardımın həyata keçirilməsi məqsədilə xüsusi komissiya yaradılıb və yanvarın 25-də Səhiyyə Nazirliyində onun ilk iclası keçirilib. Bu iclasda psixoloji yardım mərkəzlərinin yaradılması məsələləri müzakirə olunub, tədbirlər planı hazırlanıb və müxtəlif strukturların fəaliyyətinin koordinasiyası mexanizmi tərtib edilib. Sonrakı 2 gün ərzində psixoloji mərkəzlərin yerləşmə nöqtələri müəyyən edilib, işə qəbul olunmalı psixoloqların sayı aydınlaşdırılıb. Onu da qeyd edim ki, işə qəbul haqqında elan Səhiyyə Nazirliyinin saytında artıq dərc edilib. Həmçinin elektron məlumatlar bazası və elektron sənədləşmə üzrə texniki tapşırıqlar verilib. Nəhayət koordinasiya qrupunda fəaliyyət üçün müxtəlif strukturların nümayəndələri təyin edilib.

Psixoloji yardıma müraciət ilə bağlı onu demək istərdim ki, daha çox rast gəlinən pozuntu posttravmatik stress pozuntusudur. Belə pasiyentlər travmanın obrazlar, sarışan fikir və yuxular şəklində təkrar yaşanmasından şikayət edirlər. Bundan əlavə, onlarda travmanı xatırladan məkan və insanlardan yayınma, həmçinin yüksək həddə təşviş və qıcıqlanma müşahidə olunur. Təəssüf ki, hərbçilərdə tez-tez kompleks travma, yəni posttravmatik stress pozuntusundan əlavə baş-beynin üzvi travması simptomları da qeyd olunur. Belə hallarda mövcud şikayətlərə başağrıları, səsə qarşı həssaslıq, nitqin, yaddaş və diqqətin pozulması da əlavə olunur.

- Hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərən tibbi personal hansı təlim və kurslardan keçirilib və ya gələcəkdə keçiriləcək?

- Bizim gözləntimiz odur ki, psixoloji yardım mərkəzlərinə işə qəbul olunan psixoloqlar gərəkli biliklərə sahib olacaqdır, lakin pasiyentlərin spesifikliyini nəzərə alaraq onlar üçün xüsusi təlimlər keçiriləcək. Təlimlər proqramına psixoloji yardım göstərilməsi haqqında yeni qəbul olunmuş dövlət sənədləri ilə tanışlıq, posttravmatik stress pozuntusu zamanı xüsusi müayinə və diaqnostika üsulları, psixoloji yardımın fərdi və qrup şəklində göstərilməsi, həmçinin tibbi sənədlərin yazılması qaydaları, hesabatlar və digər tibbi və sosial xidmətlərlə koordinasiya ilə tanışlıq daxildir.

- Hansı hallarda qrup, hansı hallarda fərdi müalicə üsullarından istifadə olunur?

- Əslində psixoterapiyanın hər iki formatı əvəz edilmir, lakin bir-biri ilə çox yaxşı uzlaşır. Məsələn terapiyanın başlanğıc mərhələsində pasiyentlərin problemləri ilə daha yaxından tanış olmaq və ona iş üsullarını öyrətmək üçün fərdi format tətbiq edilir. Daha sonra o, qrup məşğələlərində iştirak edə bilər. Fərdi işin üstünlüyü odur ki, konkret pasiyentin konkret problemində diqqəti cəmləmək olur. Lakin mənfi cəhəti də var, belə ki, böyük zaman tələb edir. Qrup terapiyasının güclü tərəfi qrup dəstəyi resursunun böyük olması və pasiyentlərin problemlərinin həllini birgə axtarması, uğurlu təcrübələrini bölüşməsidir.

- Məlumdur ki, Nazirlər Kabinetinin Qərarından sonra mərkəzin iş yükü xeyli artıb. Hazırda hansı çətinliklərlə üzləşirsiniz?

- İlk öncə demək istərdim ki, bizim mərkəzimizdə olduqca yaxşı mütəxəssislər çalışır. Onların bir çoxu Harvard, Liverpul, Sarbonna, Yenn, Lissabon və digər dünyanın aparıcı universitetlərində təhsil alıb. Belə təhsil diaqnostik və müalicə fəaliyyətinin yüksək keyfiyyəti deməkdir. Lakin bu hal müəyyən çətinliklər də yaradır. Məsələ ondadır ki, bir çox dövlət müəssisələri bizim rəyimizə etibar edərək pasiyentləri təkrar müayinə və ya diaqnozun təsdiqlənməsi üçün mərkəzimizə yönləndirirlər. Bir tərəfdən biz təbii ki, belə münasibəti yüksək qiymətləndiririk. Lakin digər tərəfdən bu hal mütəxəssislərimizin onsuz da ağır iş yükünü bir qədər də artırır. Bu zaman mütəxəssislər məcburdur ki, vaxtının çoxunu müayinə prosesinə deyil, kağız işinə sərf etsin.

Bundan əlavə, iş həcminin artması əlavə psixiatr, klinik psixoloq və sosial işçi ştatına ehtiyac yaradır. Bu mütəxəssislərin bir çoxu uşaq və yeniyetmələrə yardım göstərdiyi üçün onlar hərbçilərə yardım işinə cəlb edilə bilməz.

Kadr təminatından bəhs etdikdə regional psixoloji yardım mərkəzlərinə mütəxəssislərin qəbulunun necə həyata keçirilməsi məsələsi bizi narahat edir. Regionlarda ən azı 2-3 psixoloq fəaliyyət göstərməlidir. Heç kim üçün sirr deyil ki, Bakıdan fərqli olaraq regionlarda belə mütəxəssislərin çatışmazlığı ola bilər. Fikrimcə regional psixoloji yardım mərkəzlərində işləməyə razı olan psixoloqlar üçün magistratura pilləsində ödənişsiz əsaslarla klinik psixologiya yerlərinin təqdim edilməsi yolu ilə bu məsələni həll etmək olardı. Bununla onların işə cəlb edilməsi üçün əlavə stimul yaranacaq.

- Vətən müharibəsində çalınan zəfər hərbçilərimizin müalicəsində nə kimi müsbət təsirə malikdir?

- Təbii ki, Vətən müharibəsində qələbəmiz xəstəliyin müalicəsi və proqnozuna müsbət təsir göstərir. Bu gün kontuziyadan sonra nitqinin pozulmasından əziyyət çəkən bir hərbçi mərkəzimizə müayinə üçün müraciət etmişdi. O danışa bilmirdi, lakin qürurla telefonundakı hərbi fotolarını göstərirdi. Bu hədsiz təsirli anlar idi. Biz fotolara baxdıqca hər birimiz düşünürdük ki, şanlı qələbə qazanmış hər bir hərbçi mütləq sağalmalı və rahat həyatına geri dönməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur