Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

QARDAŞLIQ ƏLAQƏLƏRİMİZ DAHA DA MÖHKƏMLƏNİR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyəyə rəsmi səfərini davam etdirərək fevralın 9-da axşam Ankaradan İstanbula gəlmişdir.

DİN XADİMLƏRİ QƏBUL EDİLMİŞLƏR

... Azərbaycan Respublikasının Prezidenti İstanbulda onun üçün ayrılmış iqamətgahda “Sülh və səbr” devizi altında keçirilmiş beynəlxalq dini konfransın bir qrup nümayəndəsi ilə görüşdü. Konfransın işində müsəlman, xristian və yəhudi dinlərinin görkəmli xadimləri iştirak etmişlər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə görüş iştirakçılarını Heydər Əliyevə təqdim etdi. ABŞ-da fəaliyyət göstərən “Vicdana çağırış” Beynəlxalq Fondunun prezidenti Ravvin Artur Şnayer Azərbaycan Prezidentinı müraciətlə dedi ki, Sizinlə İstanbulda görüşmək bizim konfransın nümayəndələri üçün çox xoşdur və şərəfdir. Konfransın ünvanına göndərdiyiniz məktubu hörmətli şeyx Allahşükür Paşazadə oxudu. Siz konfransda qəbul olunmuş sənədləri təqdim etdiyimiz ilk dövlət xadimisiniz. Mənim xəbərim var ki, indi Azərbaycan keçid dövrünü yaşayır. Bu şəraitdə lider olmaq üçün məharət və uzaqgörənlik tələb olunur. Biz, dünyadakı bütün dinlərin nümayəndələri dua edirik ki, Allah Sizə öz uzaqgörənliyinin bir hissəsini bəxş etsin. Dua edirik ki, Siz öz xalqınızı sülhə doğru aparasınız.

Görüşdən çox məmnun qaldığını bildirən Heydər Əliyev dedi ki, konfransınızda sülhə və vicdana çağırış məsələlərinin ön sıraya çəkilməsi çox təqdirəlayiqdir. Sizin qaldırdığınız və müzakirə etdiyiniz məsələlər bütün insanları narahat edir. Təəssüf ki, son illərdə dünyanın müxtəlif regionlarında sülh pozulub. İnsanlar və dövlətlər arasında müharibə gedir, bu da adamların rahat yaşamasına mane olur. Müharibə heç vaxt dini xarakter daşıya bilməz. Çünki din həmişə insanları birliyə dəvət etmişdir.

Respublikamızın Prezidenti sözünə davam edərək dedi ki, Azərbaycanda müsəlmanlardan savayı digər dinlərin nümayəndələri də mehribanlıq şəraitində yaşayırlar. Böyük təəssüf hissi ilə bildirmək istəyirəm ki, bizim Qafqaz regionumuzda etnik səpgidə gərginlik vardır və müharibə gedir. Ermənistan Silahlı Qüvvələri Azərbaycana hərbi təcavüz edərək onun torpaqlarının 20 faizini işğal etmişdir. Sizi əmin edə bilərəm ki, nə erməni xalqı, nə də Azərbaycan xalqı belə münaqişəni istəmirlər. Ayrı-ayrı şəxsi mənafeləri təmsil edən müxtəlif qruplar vəziyyəti gərginləşdirərək onu müharibə şəraitinə çatdırmışlar. Ermənistana bizim torpaq iddiamız yoxdur, ancaq şübhəsiz ki, öz torpaqlarımızı qoruyaraq, onu heç kəsə verməyəcəyik. Ermənilər güclü təbliğat apararaq dünya ictimaiyyətində belə bir fikir yaratmağa çalışırlar ki, guya azərbaycanlılar erməniləri Dağlıq Qarabağdan qovmaq istəyirlər. Bütün bunlar yalan və iftiradır. Son vaxtlar dünyanın müxtəlif kütləvi informasiya vasitələri belə bir məlumat yayırlar ki, guya davam edən müharibə xristian-müsəlman müharibəsinə çevrilə bilər. Deyilənlər əsassız olduğu üçün bir Prezident kimi mən onları rədd edirəm. Azərbaycan haqqında həqiqətləri bilmək üçün sizin hamınızı respublikamıza dəvət edirəm.

TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İstanbul ali məktəblərində təhsil alan azərbaycanlılarla görüşdü, onların qayğı və problemləri ilə maraqlandı.

İQTİSADİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏYƏ

DƏVƏT

Həmin gün günorta Heydər Əliyev Türkiyənin iş adamlarının böyük bir qrupu ilə görüşdü. Görüşdə respublikamızın dövlət müşaviri Vəfa Quluzadə, xarici işlər naziri Həsən Həsənov, digər nazirlər iştirak edirdilər.

Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nihat Gökyigit görüşü açaraq dedi ki, Türkiyənin 275 firması keçmiş Sovetlər İttifaqının müxtəlif respublikaları ilə iqtisadi əlaqələri genişləndirir. Türkiyənin iş adamları Azərbaycanda neft və neft kimyası sahəsində, liman və təyyarə meydanları tikintisi və xidmət sahəsində əməkdaşlıq etməyə, öz təcrübələrini onlarla bölüşməyə hazırdırlar. Müasir səviyyədə fəaliyyət göstərən Türkiyə banklarının təcrübə və imkanlarının Azərbaycanda yayılması və tətbiq olunması məqsədəuyğundur. Biz Azərbaycan iqtisadiyyatının dirçəlməsi, onunla qarşılıqlı surətdə faydalı ikitərəfli münasibətlərin inkişafı üçün əlimizdən gələni etməyə hazırıq.

Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyev Türkiyənin iş adamlarına müraciətlə dedi ki, onun səfəri zamanı Türkiyə ilə Azərbaycan arasında bağlanan müqavilələr dövlətlərimizin iqtisadi münasibətlərinin yeni səviyyəyə qalxmasına əsas verir. Əməkdaşlığımızın daha da inkişaf etməsi həm iqtisadi baxımdan, həm də siyasi baxımdan çox faydalı olardı.

Heydər Əliyev dedi: Qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr əsasən Azərbaycan müstəqillik əldə etdikdən sonra başlanmışdır. Bu müddət ərzində Türkiyənin müxtəlif firma və şirkətləri Azərbaycana maraq göstərərək, əsasən ticarət əlaqələri yaratmışlar. Təəssüflər olsun ki, müştərək müəssisələrin yaradılması və məhsul istehsalının genişləndirilməsi bu illər ərzində aşağı səviyyədə olmuşdur. Biz çox istəyirik ki, dövlətlərimiz arasında iqtisadi əlaqələr çoxsahəli olsun, çünki biz sərbəst iqtisadiyyat prinsipi ilə işləmək istəyirik. Yaxşı olardı ki, Türkiyənin iş adamları, müasir texnologiyaya malik böyük şirkətlər, xüsusən sənaye, kənd təsərrüfatı sahəsində Azərbaycanın iş adamları ilə birgə fəaliyyət göstərsinlər. Bunun üçün Azərbaycanın böyük imkanları vardır və biz istəyirik ki, siz onlardan səmərəli istifadə edəsiniz.

Prezident daha sonra dedi: Biz Türkiyənin bütün şirkətlərini Azərbaycanda səmərəli fəaliyyət göstərməyə dəvət edərək, onlara hər cür şərait yaratmağa hazırıq. Bəzən müxtəlif şirkətlər Azərbaycanla müştərək əlaqələr yaratmamalarını respublikamızda müharibə getməsi və onun sonunun görünməməsi ilə izah edirlər. Belə fikirlərin heç bir əsası yoxdur. Çünki respublikamızda daxili sabitlik mövcuddur. Ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün Azərbaycanın böyük iqtisadi və elmi potensialı vardır. O ki qaldı müharibə məsələsinə, mən sizin hamınızı əmin edirəm ki, müharibə uzun müddət davam edə bilməz. Odur ki, hamınızı Azərbaycana dəvət edirəm. Biz istəyirik ki, respublikamızın iqtisadiyyatı Türkiyə ilə daha sıx əlaqədə olsun. Bizim həm iqtisadi, həm də mənəvi-siyasi əlaqələrimizin hər iki tərəf üçün əhəmiyyəti vardır.

“NETAŞ” FİRMASI İLƏ TANIŞLIQ

İstanbuldakı “Netaş” firması rabitə sahəsində qazandığı uğurlarla nəinki Türkiyədə, eləcə də bir sıra xarici ölkələrdə tanınır. Bu firma azərbaycanlı həmkarları ilə sıx əlaqələr yaratmışdır. Paytaxtımızın bir sıra ATS-ləri “Netaş”ın köməyi ilə tamamilə yenidən qurulmuş dünya standartlarına cavab verən avadanlıqla təchiz edilmişdir.

Bakıdakı “Ulduz” zavodu və respublika Rabitə Nazirliyi ilə “Netaş”ın birgə müəssisəsi olan “Ultel”in rabitə avadanlığı buraxmaq sahəsində geniş perspektivləri vardır. Ümumiyyətlə, “Netaş”ın respublikamızla əlaqələrinin dairəsi genişdir və mütəxəssislərin fikrincə, bu firma ilə əməkdaşlıq sahəsində ölkəmizdə rabitə sistemini əsaslı surətdə yeniləşdirmək mümkündür. Ona görə də qarşılıqlı razılaşmaya əsasən, “Netaş” Azərbaycanda milli rabitə proqramının həyata keçirilməsində yaxından iştirak edəcəkdir.

Azərbaycan Prezidenti və onu müşayiət edən şəxslər fevralın 10-da “Netaş” firmasında oldular. Burada hörmətli qonağa firmanın əldə etdiyi nailiyyətlər, onun potensial imkanları, quruluşu və əlaqələri barədə hərtərəfli məlumat verildi. Heydər Əliyev firmanın istehsal sexlərini gəzdi. Hazırlanan məhsullara baxdı, fəhlələrin iş şəraiti ilə tanış oldu.

Azərbaycan dövlətinin başçısı “Netaş”ın fəxri qonaqlar kitabına öz ürək sözlərini yazdı, firmanın rəhbərlərinə gələcək işlərində uğurlar dilədi.

İŞ ADAMLARI İLƏ SÖHBƏTLƏR

 

Fevralın 10-da Azərbaycan Prezidenti öz iqamətgahında Türkiyənin ən zəngin adamlarından biri olan Vehbi Koçu qəbul etdi. Söhbət zamanı respublikamıza investisiya qoyulması, bir sıra iri müəssisələrlə bir-başa əlaqələr qurulması imkanları hərtərəfli müzakirə edildi.
Həmin gün Heydər Əliyev İstanbuldakı Əmlak Bankının baş müdiri Aydın Ayaydını, daha sonra isə Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nihat Gökyigiti də qəbul etdi.

İSTANBULLU SOYDAŞLARIMIZLA

GÖRÜŞ

Azərbaycan Prezidenti İstanbulda yaşayan soydaşlarımızın bir qrupu ilə görüş keçirdi və onların qarşısında çıxış etdi. O, Türkiyəyə səfərinin ötən üç günü barədə görüş iştirakçılarına söhbət açaraq razılıqla bildirdi ki, bu səfərin əsas məqsədi iki ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirmək və inkişaf etdirmək, əlaqələrimizdəki bəzi çatışmazlıqları aradan qaldırmaq idi. Aparılan danışıqlar nəticəsində bu məsələlər müvəffəqiyyətlə həll olundu.

Heydər Əliyev iki ölkə arasında bağlanmış müqavilələri geniş şərh edərək, onların ardıcıl həyata keçirilməsinin zəruriliyinə də toxundu. O dedi ki, 1992-ci il noyabrın əvvəlində Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında bağlanmış böyük bir müqavilə təəssüf ki, hələ də parlamentlərin müzakirəsinə verilməyib və təsdiq olunmayıb.

Azərbaycandakı mövcud vəziyyətdən söhbət açan H.Əliyev bildirdi ki, respublikada iqtisadi-siyasi sahədə olan çox ciddi problemlər, Ermənistanın təcavüzü, bir milyondan artıq qaçqının qayğıları xeyli gərginlik yaradırdı. Əvvələr respublikada bir müddət vəzifə, hakimiyyət uğrunda aparılan mübarizə də ümumxalq mənafeyinə ağır zərbələr vurub.

H.Əliyev son vaxtlar müharibə zonalarından bir-birinin ardınca alınan xoş xəbərləri xalqın birliyinin möhkəmlənməsinin, vətənpərvərlik hissinin güclənməsinin nəticəsi kimi qiymətləndirdi. O, Azərbaycan barəsində yayılan qərəzli şayiələri təkzib etdi və bütün bunları təxribat xarakterli hərəkətlər adlandırdı. Respublikanın rəhbəri qətiyyətlə bildirdi ki, dövlətimizin müstəqilliyini şübhə altına almağa heç bir əsas yoxdur.

Prezident soydaşlarımızı maraqlandıran suallara da cavab verdi.

X X X

Fevralın 10-da axşam İstanbul valisi Hayri Közakçıoğlu Heydər Əliyevin şərəfinə böyük ziyafət verdi.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ayın üzərində il reklam yerləşdirilib

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır