İQTİSADİYYAT


QAZAXISTAN NEFTİNİN İXRACININ ARTIRILMASI YENİ BORU KƏMƏRİNDƏN İSTİFADƏ ETMƏK ZƏRURƏTİ YARADIR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Qazaxıstanın “Qaraçağanaq” yatağından çıxarılan nefti Rusiyanın Novorossiysk limanına nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun rəsmi şəxsləri proqnozlara əsasən, 2004-cü ilin əvvəllərində ixracın 40 faiz artacağını ehtimal edirlər. Bu, gündə təxminən 435 min barrel təşkil edir. Analitiklər ixracın bu qədər artmasını İraqdakı vəziyyətlə bağlayırlar.

Lakin ixracçıların üzləşə biləcəyi kiçik bir problem də var: söhbət neftdaşıyan gəmilərin çatışmamasından gedir. Buna baxmayaraq, Konsorsiumun rəhbərliyi əmindir ki, bu, müvəqqəti çətinlikdir. Bununla belə, qarşıya daha bir məsələ çıxır. Qərbdə neftin tələb olunan həcminin artması ilə əlaqədar Konsorsium axının öhdəsindən gələ bilməz, çünki onun nəzərdə tutulan ixrac gücü ildə təqribən 67 milyon tondur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.