REGİONLAR


QHT təmsilçiləri Şuşaya səfər ediblər VİDEO

Şuşa, 28 iyun, A.Yavərzadə, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) təmsilçilərinin geniş tərkibdə nümayəndə heyəti iyunun 28-də Şuşa şəhərində səfərdə olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dək QHT təmsilçisi və bloger iştirak edib.

Səfər çərçivəsində QHT-lərə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri mədəniyyət paytaxtımızda böyük həcmdə və sürətlə aparılan abadlıq-quruculuq işləri ilə də tanış olublar.

Azərbaycan Respublikasının Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, Şuşa səfəri Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə QHT-lərin Qarabağ bölgəsinə sayca 10-cu səfəridir. Artıq mütəmadi olaraq, mədəniyyət paytaxtımıza QHT-lərin geniş tərkibdə səfəri təşkil edilir. Bu günədək yalnız Şuşaya QHT-lərin 500-dən artıq nümayəndəsinin, ümumilikdə Qarabağa isə 1000-dən çox təmsilçisinin səfəri təşkil edilib. Səfərlərin təşkilində məqsəd 30 ilə yaxın erməni vandallarının törətdiyi dağıntıları, mədəni və tarixi abidələrin məhv edilməsi faktını vətəndaş cəmiyyəti nümayəndələrinin yerində görməsi, eyni zamanda burada aparılan bərpa və quruculuq işlərini onların diqqətinə çatdırmaqdır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bundan əvvəl QHT nümayəndələrinin Ağdamda, Talış kəndində, Xudafərində olduqlarını bildirib və belə səfərlərin davamlı olacağını diqqətə çatdırıb. İcraçı direktor, həmçinin vurğulayıb ki, Şuşa səfəri sabah yekunlaşacaq. Səfərdə 200-ə qədər QHT nümayəndəsi iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.