İDMAN


Qadın idman gimnastımız Avropa çempionatında uğurla çıxış edib

Bakı, 13 avqust, AZƏRTAC

Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında gimnastımız Nazənin Teymurova dayaqlı tullanma üzrə hərəkətlərin icrasında uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, atletimiz Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qadın idman gimnastikası üzrə gənclər yaş kateqoriyasında finala vəsiqə qazanıb.

Nazənin, həmçinin bu idman növü üzrə Avropa çempionatının final mərhələsinə adlayan ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.