İQTİSADİYYAT
Qadın sahibkarlarımız beynəlxalq tədbirlərdə yaxından iştirak edirlər
Bakı, 28 iyul, AZƏRTAC
“COJEP International Netvork” üzvlərinin “COJEP: Könüldən-könülə Türkiyə görüş layihəsi” üzrə Beynəlxalq Əməkdaşlıq Platforması çərçivəsində Türkiyənin Ankara şəhərində dövlət qurumları ilə bir sıra görüşlər həyata keçirilib.
Tədbirlərdə ölkəmizi Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) İdarə heyətinin sədri Səkinə Babayeva təmsil edib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, “COJEP International” prezidenti Ali Aligedikoğlu “COJEP Network” və fəaliyyət dairəsinin genişləndirilməsi perspektivləri haqqında məlumat verib.
Tədbirdə Səkinə Babayeva tərəfindən AK Partiyasının nümayəndəsi Ayşə Keşirə sahibkarlığın ölkəmizdə inkişafı ilə bağlı yeni layihə təqdim edilib.
Layihədə Azərbaycanın cənub regionlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına təşkilati-texniki xidmətlərin göstərilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycanda sağlam qida və aztəminatlı ailələrdən olan qadınların işlə təmin olunmasını nəzərdə tutulur.