Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Qara və Aralıq dənizlərində mühüm enerji hadisələri

Qara və Aralıq dənizlərində mühüm enerji hadisələri

Bakı, 8 sentyabr, AZƏRTAC

Bu ilin iyulunda ABŞ-ın nəhəng enerji korporasiyası “Şevron” “Noble Enerji” şirkətini 5 milyard dollar qarşılığında satın almışdır. Xatırlatmaq yerinə düşər ki, hələ oktyabr ayında Macarıstanın enerji şirkəti “MOL” və ABŞ-ın “Şevron” enerji korporasiyası Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağında “Şevron”a məxsus 9,57 faizlik səhm payının satışı ilə bağlı danışıqlara başlamışdılar. Bu qərarla “Şevron” öz strategiyasını dəyişərək, Aralıq dənizindəki enerji layihələrinə yönəlmək barədə qərar qəbul etmişdir. Ümumiyyətlə, qeyd edə bilərik ki, ABŞ-ın enerji şirkəti tədricən yerli enerji istehsalına yönəlir və Azərbaycanın “Azəri-Çıraq-Günəşli” neft yatağında payının satılması sırf şirkətin iqtisadi marağıdır. Belə ki, şirkət hər zaman aktivlərini nəzərdən keçirir və strategiyasını yeniləyir.

Bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Qara və Aralıq dənizlərində mühüm enerji hadisələri” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Aralıq dənizində İsrailə məxsus zəngin “Tamar” və “Leviatan” qaz yataqlarını aşkarlamış və bu yataqlardan təbii qaz çıxaran “Noble Enerji” şirkətinin “Şevron” enerji korporasiyası tərəfindən satın alınması regionda önəmli hadisə hesab oluna bilər. Məhz bu yataqlardan gələcəkdə Avropaya təbii qaz ixrac etmək nəzərdə tutulur. Bu məqsədlə yanvarda Yunanıstan, Kipr və İsrail arasında Şərqi Aralıq dənizindən Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql edəcək “EastMed” sualtı boru kəmərinin inşasına dair müqavilə imzalanmışdır. “EastMed” boru kəməri əsasən təbii qazı İsrail və Kipr sularından Yunanıstanın Krit adasına, sonradan Yunanıstan və İtaliya vasitəsilə Avropanın qaz infrastrukturuna çatdıracaq. 2025-ci ilədək boru kəmərinin inşasının bitməsi nəzərdə tutulur. Qaz kəmərinin əsas məqsədi Aralıq dənizinin zəngin qaz ehtiyatlarını Avropaya çatdırmaqdır.

“Şevron”un “Noble Enerji” şirkətini ilə sazişi həm də İsrail dövləti üçün əhəmiyyətlidir. ABŞ-ın nəhəng şirkətinin bazara daxil olması İsrailin mövqeyini daha da gücləndirəcəkdir. Aralıq dənizində yerləşən qaz yataqlarından Avropaya qaz ixrac etmək İsrailin əsas məqsədidir. Bununla İsrail həm regionda önəmli enerji oyunçusuna çevrilə bilər, həm də böyük iqtisadi mənfəət əldə edər. Bundan başqa, İsrail “Köhnə qitə”yə təbii qaz nəql etməklə Avropa dövlətləri ilə əlaqələrinin daha da inkişaf etməsini hədəfləyir. Həmçinin İsrail-Misir enerji əməkdaşlığı ikincinin Aralıq dənizindəki zəngin “Zohr” yatağından da təbii qazın İsrail vasitəsilə Avropaya çatdırılmasına imkan yaradacaq.

Təbii ki, “Şevron” şirkətinin bu addımı Aralıq dənizində enerji layihələrinin həyata keçməsini daha da sürətləndirəcək və ən əsası, regionda enerji uğrunda maraqların toqquşmasını daha da stimullaşdıracaq. Belə ki, regionun digər güclü ölkəsi olan Türkiyənin Aralıq dənizində böyük maraqları var. Artıq Türkiyə Aralıq dənizində neft və qaz axtarışına başlamışdır. Türkiyənin Liviyanın Milli Barışıq Hökuməti ilə imzaladığı “Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına” dair saziş rəsmi Ankaranın Şərqi Aralıq dənizində enerji mənbələri uğrunda gedən geosiyasi mübarizədə necə maraqlı olduğunun sübutudur. Görünən odur ki, “Sevron”un Aralıq dənizində iri enerji layihələrinə daxil olması bu regionda enerji layihələrinin diqqət mərkəzində qalmasını daha da aktuallaşdıracaq.

O da qeyd olunmalıdır ki, təbii qazın Avropa bazarına daxil olması vacib bir məsələni ortaya çıxaracaq. Son zamanlar Avropa enerji bazarında yeni qaz mənbələrinin artması və enerjiyə tələbatın aşağı düşməsi qiymətlərə təsir göstərmişdir. Avropa təbii qaz mənbələrini və marşrutlarını diversifikasiya edir və bir mənbədən yüksək asılılığı azaltmaq üçün müxtəlif layihələri dəstəkləyir. Artan LNG tədarükü də qaz qiymətlərini daha rəqabətli edir. Ümumiyyətlə, Avropa enerji bazarında LNG payının artması Avropanın əsas təbii qaz tədarükçüləri olan Rusiyanın “Qazprom” şirkətlərinin bazar payının azalması ilə müşahidə olunur. Son zamanlarda isə ABŞ-ın Avropanın enerji bazarında payının artması daha da aktuallaşıb.

Görünən odur ki, yaxın gələcəkdə Avropa enerji bazarına müxtəlif layihələr vasitəsilə təbii qaz daxil olacaq və Azərbaycan da ən qısa zamanda bazara daxil olmaqla öz maraqlarını qorumalıdır.

Enerji sahəsində digər aktual məsələ cari il avqustun 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin Qara dənizdə qaz yatağı aşkarladığını bəyan etməsidir. Aralıq dənizində olduğu kimi, Qara dənizdə də enerji layihələri vacib rol oynayır. Bu mənada, Türkiyədə öz marağını qoruyaraq enerji axtarışlarını daha da sürətləndirdi və nəhayət, “Fatih-1” gəmisi təxminən 320 milyard kubmetrdir təbii qaz ehtiyatı aşkarlamış oldu. Bu kontekstdə əsas məsələ bu yataqdan hasilatın nə vaxt ediləcəyidir və məlumata əsasən bu proses ən tezi 2023-cü ildə baş tuta bilər. Lakin qeyd etməliyik ki, yatağın dəyərləndirilməsi, xüsusiyyətlərindən asılı olaraq və lazımi infrastrukturun yaradılması bu prosesi uzada bilər.

Xüsusi ilə qeyd etməliyik ki, təbii qaz sektoru Türkiyə Respublikası üçün vacib sahələrdən biridir, çünki bu sektor ölkənin iqtisadi inkişafına təsir edən amillərdən hesab olunur. Türkiyə daxili qaz bazarına nəzər salsaq qeyd edə bilərik ki, tarixən bu ölkə enerji idxalından çox asılı vəziyyətdə olmuşdur. 2019-cu ildə 45,285 milyard kubmetr təbii qaz istifadə edilmişdir ki, bu həcmin də böyük bir hissəsi - təqribən 71,29 faizi qaz kəmərləri vasitəsilə idxal edilmişdir. Bu mənada, Rusiya 33,61 faizlə Türkiyənin ən iri təbii qaz ixracatçısı hesab olunur. Lakin 2020-ci ildə qaz bazarında Rusiyanın payında azalma müşahidə olunub. Belə ki, Azərbaycandan, İrandan, Qətərdən, Əlcəzairdən, habelə ABŞ- dan LNG idxalının artması buna səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, əsasən Azərbaycandan qaz tədarükünün həcmində artım müşahidə edilmişdir. Məsələn, 2020 yanvar- iyul ayları ərzində Türkiyə enerji bazarına təxminən 6,3 milyard kubmetr Azərbaycan qazı daxil olmuşdur ki, bu göstərici də keçən illə müqayisədə 24 faiz çox olmuşdur .

Yuxarıda göründüyü kimi, Türkiyə enerji bazarına müxtəlif mənbələrdən təbii qaz daxil olur və ölkə qaz mənbələrinin diversifikasiyasında olduqca maraqlıdır. Xüsusi ilə vurğulamaq lazımdır ki, Türkiyə uzun illərdən bəri Qara və Aralıq dənizlərində ona məxsus olan qaz ehtiyatlarının axtarışında maraqlı idi. Çünki, bu region zəngin enerji ehtiyatlarına malikdir və region ölkələri arasında güclü maraq toqquşması müşahidə olunur. Məsələn, Yunanıstan, Kipr və İsrail Şərqi Aralıq dənizindən Avropaya qaz nəql edəcək “EastMed” sualtı boru kəmərinin inşasına dair müqavilənin imzalaması, ABŞ-ın nəhəng enerji şirkəti “Şevron”un Aralıq dənizində enerji layihələrinə qoşulması kimi amillər enerji oyunçuları arasında maraq toqquşmasını daha da sürətləndirdi.

Türkiyənin özünə məxsus təbii qaz yatağının aşkar edilməsi bu ölkə üçün olduqca əhəmiyyətli idi. Birincisi, Türkiyə bütün təzyiqlərə baxmayaraq qeyd olunan regionlarda öz maraqlarını qorudu və sonunda qaz rezervini aşkarlamış oldu. Bu addım digər ölkələrə Türkiyənin qəti mövqeyini sübut etmiş oldu. İkincisi isə, bu proses şaxələndirmə baxımından çox vacibdir. Çünki, Türkiyə hər zaman digər enerji ixrac edən ölkələrdən təbii qaz idxal etmişdir və daxili enerji bazarı yüksək asılılıq vəziyyətində olmuşdur. Ənənəvi olaraq Türkiyə Rusiya qazından olduqca asılı vəziyyətdə olmuşdur və hətta Rusiyanın “Qazprom” şirkəti bu ölkəyə yüksək qiymətə təbii qaz ixrac etmişdir. Məsələn, cari ilin birinci yarısında Türkiyə Rusiya qazı üçün 250-280 dollar ödəmişdir, baxmayaraq ki, Avropada rus qazının qiyməti 110-120 dollara qədər aşağı düşmüşdü.

Son illər ərzində aparılmış uğurlu siyasət nəticəsində, xüsusən Azərbaycan qazının payının artması və LNG idxalına da çox üstünlük verməsi qaz bazarını daha da sabitləşdirmişdir. Belə ki, LNG idxalı ölkənin ümumi təbii qaz idxalının vacib bir hissəsinə çevrilmişdir və LNG idxalı 2019-cu ilin birinci yarısında təqribən 7,14 milyard kubmetr olmuşdur. Ümumiyyətlə, Avropada rəsmi Ankara İspaniyadan sonra LNG idxalında ikincidir. Ölkə üçün qaz mənbələrinin şaxələndirilməsi hazırda aktual məsələyə çevrilmişdir və 320 milyard kubmetr qazın aşkarlanması isə Türkiyəyə əlavə stimul verəcək ki, təbii qaz ixrac edən ölkələrlə daha optimal qaz qiymətləri razılaşması əldə etsin və ixracdan asılılığını daha da azaltmış olsun.

TANAP qaz kəməri vasitəsilə də Azərbaycan qazı Türkiyə qaz bazarına daxil olur ( yanvar-iyul 2020-ci ildə 2,4 milyard kubmetr) və gələcəkdə də qaz nəqlinin artımı nəzərdə tutulur. Azərbaycan qazı Türkiyə enerji bazarında öz mövqeyini daha da möhkələmələndirməlidir ki, digər mənbələrin bazara daxil olması bizə mənfi təsir göstərməsin. Türkiyənin öz qazının bazara daxil olması digər ölkələrdən nəql edilən qaz payının azalmasına gətirib çıxaracaq və qiymətləri daha da rəqabətli edəcəkdir. O da vurğulanmalıdır ki, Azərbaycan qazı Türkiyə üçün əlverişlidir və Türkiyə enerji bazarına Azərbaycan qazının payının artması hər iki ölkə üçün sərfəlidir. Onsuz da Azərbaycan Türkiyə enerji bazarında həm “midstream”, həm də “downstream” fəaliyyətləri göstərir. Türkiyədə “STAR” zavodunun fəaliyyət göstərməsi imkan yaradacaq ki, Türkiyənin aşkarlanmış enerji ehtiyatlarının işlənilməsində Azərbaycanın da rolu olsun.

Sonda qeyd etməliyik ki, Şərqi Aralıq dənizində zəngin təbii qaz yataqlarının işlənməsi uğrunda region ölkələri arasında qarşıdurma daha da qızışır. Belə ki, iki NATO üzvü olan Türkiyə və Yunanıstan arasında əlaqələrin kəskin pisləşməsi və hərbi ritorikanın artması, region üçün olduqca təhlükəlidir. Hətta Fransa və İtaliya kimi, NATO üzv bəzi dövlətlər Yunanıstana açıq aşkar dəstək verməklə Aralıq dənizində olası hərbi alovlanmanı stimullaşdırırlar. Onların isə əsas məqsədi isə Türkiyəni həmin ərazidə sıxışdıraraq, enerji axtarışından çəkindirməkdir. Bütün bu hadisələr bir daha göstərir ki, regionun zəngin enerji yataqları gələcək hərbi qarşıdurmanın əsas səbəbinə çevrilə bilər, çünki hər bir ölkə öz marağını qorumaq istəyir. Türkiyə qətiyyətlə Aralıq və Qara dənizdə hərbi gücünü daha da artırmaqla gələcək enerji axtarışlarında təhlükəsizliyi təmin etmək niyyətindədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək