İDMAN
“Qarabağ” məğlubiyyətsiz səfər oyunlarının sayını 15-ə çatdırıb
Bakı, 18 aprel, Nicat Məmmədov, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail”in qonağı olan “Qarabağ” məğlubiyyətsiz səfər oyunları seriyasını 15-ə çatdırıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi 1:1 hesablı bu heç-heçəyədək rəqib meydanlarında keçirdiyi son 14 görüşün hamısında xal qazanıb.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv səfərdə sonuncu dəfə 2019-cu il noyabrın 22-də məğlubiyyətlə üzləşib. Ötən mövsümə təsadüf edən həmin görüş “Sumqayıt” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
“Qarabağ” 15 səfər oyununun 7-də qələbə qazanıb, 8 oyunu heç-heçə başa vurub. Məğlubiyyətsizlik seriyasının 4 matçı ötən mövsümdə, 11-i isə cari mövsümdə gerçəkləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]
“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub
- 10.05.2024 [17:17]
Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək
- 10.05.2024 [16:41]
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
- 10.05.2024 [16:25]