İDMAN


“Qarabağ” son dörd ildə komandada çıxış edən futbolçusu ilə yollarını ayırıb

Bakı, 14 yanvar, AZƏRTAC

Mövsümün ikinci hissəsinin hazırlıqlarını Antalyada davam etdirən Ağdamın "Qarabağ" komandası bir futbolçu ilə yollarını ayırıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, komandanın yarımmüdafiəçisi Coşqun Diniyev "Sabah"ın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, 23 yaşlı futbolçunun müqaviləsi bu mövsümün sonunda başa çatacaqdı.

2015-ci ildən komandada çıxış edən Ş.Diniyev 112 matça çıxıb və 5 qolla yadda qalıb.

Qeyd edək ki, bu, Ağdam təmsilçisinin qış fasiləsində müqaviləsinin ləğvinə qərar verdiyi ilk futbolçudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.