DÜNYA
Qaraçıya işgəncə verənlər həbs ediləcəklər
Praqa, 18 sentyabr, AZƏRTAC
Çexiya Təhlükəsizlik Qüvvələrinin Baş İnspeksiyası (GİBS) 32 yaşlı qaraçıya qarşı zorakılıq hərəkətləri barədə işi təhdid edir. İnspeksiyanın rəhbəri Radim Draqoun “Çex televiziyası”na müsahibədə bildirib ki, Çeske Budeyovitse şəhərindən olan iki polis işçisi bir qaraçını saxlayaraq əl-ayağı bağlayıb ona işgəncə verməkdə şübhəli bilinir. Onlar qaraçını hədələyəndən və ona fiziki təzyiq göstərəndən sonra o, əslində törətmədiyi cinayəti boynuna alıb.
AZƏRTAC xəbər verir ki, keçən həftə hər iki polis əməkdaşına saxlanılmış şəxslə qeyri-insani rəftar etməkdə və ona işgəncə verməkdə ittiham təqdim olunub. Şübhəli şəxslər istintaq müddətində inzibati cəza kimi məcburi işə cəlb edilib. Bu şəxslərin təqsiri sübut edilərsə, onları iki ildən səkkiz ilə qədər həbs cəzası gözləyir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]