CƏMİYYƏT


Qari Ceykob: Qlobal konsensusun yaradılması ən vacib addımlardan biridir

Bakı, 17 iyun, Samir Behbudov, AZƏRTAC

Müasir dünyada bir ölkənin digəri tərəfindən təcavüzə məruz qalması və ya işğal edilməsi beynəlxalq müstəvidə qəbuledilməz haldır. Bu baxımdan, qlobal konsensusun yaradılması ən vacib addımlardan biridir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində IX Qlobal Bakı Forumunun iştirakçısı, Dünya İncəsənət və Elm Akademiyasının prezidenti və baş icraçı direktoru Qari Ceykob söyləyib.

O qeyd edib ki, münaqişələrin həll olunması məqsədilə konsensus yaradılması fikrini qloballaşdırmalıyıq. Bu günə qədər bu, Birləşmiş Millətlər Təşkilatı, diplomatlar tərəfindən həyata keçirilib. Bəs ictimaiyyət? Mühafizə təkcə dövlətlərin deyil, insanlığın da istəyidir. Bizim ümumi cəhətimiz odur ki, hamımız təhlükəsizliyimizin taleyindən narahatıq. Biz milli təhlükəsizlikdən insanların təhlükəsizliyinə çağırırıq. Ümumilikdə hər kəsin təhlükəsizlik hüququ var. Biz yeni dünya yaratmağa çalışırıq.

“Dünyada heç vaxt əsl sülh olmayıb. İndi isə əsl vaxtdır. Bu, dünya ölkələrinin razılaşması deyil, insanların istəyidir. Biz qlobal, sosial hərəkata çağırış edirik. Bu hamı üçündür, təkcə afrikalılar, ukraynalılar və ya avropalılar üçün yox. Təhlükəsizlik hamı üçün olmalıdır, bu, bizim ehtiyacımız olan çağırışdır”, - deyə Qari Ceykob bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.