REGİONLAR


Qaxlı məzunlardan 7 nəfəri qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib

Qax, 6 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu il tam orta məktəbi bitirən 382 nəfər qaxlı məzundan 298-i ali məktəblərə qəbul imtahanlarında iştirak edib. İmtahanlarda məzunlardan 7 nəfəri 600 baldan yuxarı nəticə göstərib, 18 nəfər isə 500-600 arası bal toplayıb. İlkin nəticələrə görə, 209 məzun ali məktəblərə qəbul olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəbul imtahanlarında Qaşqaçay kənd tam orta məktəbin məzunu Cavad Bəbişli rayon üzrə hamıdan çox – 688 bal toplayıb. Qax şəhər 4 saylı tam orta məktəbin məzunu Zaur Muradlı imtahanlarda 622, şəhər 3 saylı tam orta məktəbin məzunu Orxan Osmanov isə 616 bal toplamağa müvəffəq olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.