DÜNYA


Qazaxıstan OPEC+ Birgə Monitorinq Komitəsinə üzv olmaqla bağlı təklifi qəbul edib

Astana, 23 yanvar, AZƏRTAC

OPEC+ Birgə Monitorinq Komitəsinə üzv olmaqla bağlı təklifi qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib.

“Bu, Qazaxıstanın beynəlxalq neft-qaz sənayesində artan nüfuzunu göstərir”, - deyə nazir bildirib.

O əlavə edib ki, bu il Qazaxıstan 89 milyon ton neft çıxarmaq niyyətindədir. Ötən il isə hasilat 90,3 milyon təşkil edib.

Qazaxıstan OPEC və kartelə üzv olmayan ölkələrin neft hasilatının azaldılmasına dair imzaladıqları saziş çərçivəsində gündəlik hasilatı 40 min barrel azaldacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.