MƏDƏNİYYƏT


Qazaxıstan Prezidenti turizmin inkişafı üçün MDB məkanında vahid viza rejiminin tətbiqini təklif edib

Bakı, 11 oktyabr, AZƏRTAC 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev turizmin inkişafı üçün MDB məkanında vahid viza rejiminin tətbiqini təklif edib.

AZƏRTAC Qazaxıstan KİV-nə istinadla xəbər verir ki, Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı bu viza rejiminin “Şengen” nümunəsində yaradılmasını və “Birlik vizası” adlanması təklifini irəli sürüb. O əlavə edib ki, MDB ölkələrində geniş turizm potensialı mövcuddur və Birlik ölkələri bu sahədə faydalı əməkdaşlığı gücləndirə bilərlər. Qazaxıstan Prezidentinin sözlərinə görə, MDB-nin hər bir ölkəsində unikal təbiət-landşaft və dünyanın ən məşhur obyektlərinin siyahısını tamamlayacaq tarix-mədəniyyət abidələri var. “Təəssüf ki, milli miqrasiya və viza rejimlərində olan əhəmiyyətli fərqlər hələ də qalmaqdadır. Onlar bir səyahət zamanı bir neçə ölkəni gəzmək istəyən turistlərə əngəl törədir. Mən, əlbəttə, bunun asan olmayacağını bilirəm, amma düşünürəm ki, MDB ərazisində “Şengen” vizasına bənzər “Birlik vizası” adlı vahid rejimin tətbiqinin müzakirə olunmasının vaxtı çatıb”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.

Qazaxıstan Prezidenti əlavə edib ki, məsələyə bu cür yanaşma MDB məkanında turist axınının da kəskin artması ilə nəticələnəcək. O qeyd edib: “Əlbəttə, ekspertlərimiz bu məsələnin üzərində ciddi iş aparmalıdırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.