DÜNYA


Qazaxıstan beynəlxalq reyslərin sayını artırır

Nur-Sultan, 13 may, AZƏRTAC

Qazaxıstanda koronavirus infeksiyasının yaranmasının və yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiyanın qərarına əsasən, mayın 15-dən etibarən Monteneqro, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, Özbəkistan və Hollandiyaya müntəzəm beynəlxalq uçuşların açılmasına və artırılmasına icazə verilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Mülki Aviasiya Komitəsi məlumat verib.

Eyni zamanda, 2021-ci il mayın 20-dən etibarən, “Air Astana” aviaşirkətinin Atıraudan Frankfurt və Amsterdam marşrutu ilə uçuşların mərhələli şəkildə dəyişdirilməsinə icazə verilib.

Uçuşlar sanitariya və epidemioloji tələblərə tam əməl edilərək və hava yollarının saytlarında dərc olunmuş cədvələ uyğun olaraq həyata keçiriləcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.