MƏDƏNİYYƏT


Qazaxıstanda Dünya Turizm Təşkilatının 8-ci Sammitində 80 ölkədən 1400 nümayəndə iştirak edir

Nur-Sultan, 10 oktyabr, AZƏRTAC

Qazaxıstan paytaxtında Dünya Turizm Təşkilatının 8-ci Sammiti öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Ağıllı şəhərlər, ağıllı istiqamətlər” devizi altında keçirilən Sammitdə 80 ölkədən 1400 nümayəndə iştirak edir.

Sammitdə, “ağıllı şəhərlər”in inkişafının bu gün dünyanın bir çox nöqtələrində mövcud olan mürəkkəb şəhər problemlərinin həllinə necə kömək edə biləcəyinə diqqət yetirilib.

Tədbirdə dayanıqlılığın, şəhər idarəçiliyinin, innovasiya və texnologiyaların ən vacib problemləri müzakirə edilib, eyni zamanda, turizmin inklüziv və dayanıqlı şəhərlərin inkişafına kömək yolu kimi ağıllı şəhərin gündəliyinə daxil edilməsinin vacibliyi vurğulanıb.

Sammit çərçivəsində Qazaxıstanın turizmini əks etdirən stendlər nümayiş olunur.

Sammit oktyabrın 12-nə kimi davam edəcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.