QAN YADDAŞI
Qazaxıstanda Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar xüsusi guşə yaradılıb VİDEO
Nur-Sultan, 26 fevral, АZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfirliyində Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan paytaxtında yaşayan həmyerlilərimiz, yerli ictimai və dövlət xadimlər səfirliyin önündə yaradılan guşənin qarşısına gül dəstələri və əklil qoyaraq Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, hüzn günü ilə əlaqədar olaraq səfirlikdəki Azərbaycan bayrağı yarıyadək endirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan