SİYASƏT


Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb

Bakı, 14 mart, AZƏRTAC

Qazaxıstanın Azərbaycandakı səfirliyində Məclis (parlamentin aşağı palatası) və yerli inzibati orqanlara seçkilər ərəfəsində 262 saylı seçki məntəqəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov çərşənbə axşamı keçirilən brifinqdə bildirib.

Azərbaycandakı Qazaxıstan vətəndaşları seçki günü yerli vaxtla saat 07:00-dan 20:00-dək seçki məntəqəsinə gələrək seçki hüququnu reallaşdıra bilərlər.

Qazaxıstan Məclisi və yerli inzibati orqanlara növbədənkənar seçkilər bazar günü, martın 19-na təyin edilib.

Məclisə seçkilərdə ilk dəfə olaraq qarışıq proporsional-majoritar modelindən istifadə olunacaq, burada deputatların 70 faizi partiya siyahıları üzrə proporsional şəkildə, 30 faiz isə – birmandatlı dairələr üzrə majoritar prinsipə əsasən seçiləcək. Respublika əhəmiyyətli rayon və şəhər inzibati orqanlarına seçkilər də 50/50 nisbətdə qarışıq seçki sistemi tətbiq edilməklə keçiriləcək.

Digər mühüm seçki qaydalarına bütün bülletenlərdə “hamıya qarşı” qrafası, bütün partiyalar üçün Məclisə seçilmək üçün həddin 7 faizdən 5 faizə azaldılması və deputat mandatlarının bölüşdürülməsi zamanı qadınlar, gənclər və xüsusi ehtiyacları olan şəxslər üçün qanunvericilikdə 30 faizlik kvotanın təsbit edilməsi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.