İDMAN


“Qəbələ” klubunun baş məşqçisi: Sürətli komandaya qarşı oynayacağımızı bilirdik

Bakı, 9 fevral, AZƏRTAC

Ev oyunundakı qələbədən sonra səfərdə qalib gəldik. Daha məsuliyyətli olmalıyıq. Rəqibi analiz etmişdik. Sürətli komandaya qarşı oynayacağımızı bilirdik. On nəfərlə qalsalar da, oyun intizamlarını pozmurlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XVI turunda “Sabah”la (0:1) səfər oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, futbolçular verilən tapşırığın öhdəsindən gələ bildilər: “Ən önəmli olan qələbə qazanmağımız idi. Komandanın oyunundan razı qaldım. Çalışırıq ki, “Qəbələ”nin adına layiq futbol oynayaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.