CƏMİYYƏT


Qəbələ rayonunun dağlıq ərazilərinə xırdadənəli dolu düşüb

Bakı, 15 iyul, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin iyulun 15-i saat 17:00-a olan məlumatına əsasən Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 millimetr olub. Leysan yağış nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib.

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırdadənəli dolu düşüb.

Şimal-qərb küləyi əsib, sürəti Qəbələdə 24 metr/saniyə olub, Göyçayda saniyədə 18 metrədək güclənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.