REGİONLAR


Qəbələdə Müstəqillik Gününə həsr olunan bilik yarışının qalibləri mükafatlandırılıb

Qəbələ, 27 may, Mustafa Dadaşov, AZƏRTAC

28 May – Müstəqillik Günü münasibətilə Qəbələdə məktəb komandaları arasında keçirilən bilik yarışına yekun vurulub. Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon Təhsil şöbəsinin dəstəyi ilə şəhər 1 saylı tam orta məktəbin akt zalında təşkil edilən bilik yarışı Yeni Dizaxlı kənd tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Hacıallı və Məmmədağalı kənd tam orta məktəblərin komandaları müvafiq olaraq II və III yerləri tutublar.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.

Əsasnaməyə uyğun olaraq, bilik yarışı Azərbaycan dili-ədəbiyyat, tarix, riyaziyyat-həndəsə, coğrafiya, fizika, biologiya və kimya fənləri üzrə keçirilib. Suallar münsiflər heyəti tərəfindən hazırlanaraq yazılı şəkildə komandalara təqdim edilib və komanda üzvlərindən biri sualı yazılı şəkildə cavablandırıb.

Qaliblərin mükafatlandırılması münasibətilə keçirilən mərasimdə rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, yarış iştirakçılarını əlamətdar bayram – Müstəqillik Günü münasibətilə təbrik edib. Bildirilib ki, yarışın keçirilməsində məqsəd yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda, şagirdlər arasında intellektual səviyyəni yüksəltmək, onların bilik və bacarıqlarını artırmaqdan ibarətdir.

Qalib komandalara rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.