REGİONLAR


Qəbələdə şeir müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Qəbələ, 19 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələdə 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Şəhidlər unudulmur” mövzusunda şeir müsabiqəsinə yekun vurulub. Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin final mərhələsində 20 nəfərdən çox yeniyetmə və gənc öz yaradıcılıq qabiliyyətini nümayiş etdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin yekun tədbirində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Təhsil Şöbəsinin müdiri Arifə Bayramova çıxış edərək, 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə məlumat veriblər. Bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd şəhidliyin müqəddəs bir zirvə olduğunu, şəhidlərin əziz xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini diqqətə çatdırmaq, eyni zamanda, yeniyetmə və gənclərin bədii yaradıcılıq potensialını üzə çıxarmaq, inkişaf etdirməkdir.

Müsabiqə iştirakçıları torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə, milli qəhrəmanlarımıza, həmçinin vətənpərvərlik mövzusuna həsr olunmuş şeirləri məharətlə ifa ediblər. Məktəblilərdən Nuray Bəkirli birinci, Nərmin Musayeva və Selcan Rəfizadə ikinci, Jalə Soltanzadə, Sadiq Hacıyev və Nərmin Ağasiyeva üçüncü yerə layiq görülüblər. Qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.